İcra başçısı Taleh Qaraşov Ulu Öndər siyasətinin əleyhinə gedir FOTO

26-01-2022, 11:32           
İcra başçısı Taleh Qaraşov Ulu Öndər siyasətinin əleyhinə gedir
Lənkəran Rayon İcra Hakimiyyətinın başçısı Taleh Qaraşov Ulu Öndər və onun varisi olan Cənab Prezidentin siyasətinin əleyhinə gedir. Məgər Ulu öndər deməmişdi: "Bir ağacı kəsən, elə bil mənim qolumu kəsir".
Teref.az-ın verdiyi xəbərə görə, azinfo.tv-nin yazır ki, redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, Lənkəran RİH-nin binasının yaxınlığında ağaclar kəsilərək yerində bina tikilir və hətta bir neçə ağac da həmin tikintinin içərisində həbs olunub. Sözügedən məsələ ictimailəşdiyi üçün hələlik müvəqqəti olaraq tikinti dayandırılıb. Neçə olur ki, şəhərin düz mərkəzində və İcra Hakimiyyətinin gözünün önündə bu tikili tikilsin, amma Taleh Qaraşovun bundan xəbəri olmasın. Neçə olur ki, bir kasıb şəxs kənd yerində bir əraziyə tikinti üçün bir mıx basdıran kimi, dərhal İH-nin nümayəndələri onun başının üstünü gəzdirirlər?... Deməli bu tikinti əvvəlcədən razılaşdırmış şəkildə olub.

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.