Xacmaz Şəhidlər xiyabanında nə baş verib?- Həqiqətən İcra başçısı qovulub? - VİDEO

26-01-2022, 10:41           
Xacmaz Şəhidlər xiyabanında nə baş verib?- Həqiqətən İcra başçısı qovulub? - VİDEO
Teref.az yazır ki, mediada yayılmış "Xaçmazın İcra başçısı Şəhidlər Xiyabanından qovulub." xəbərinə müstəqil araşdırmaçı jurnalist Cəmil Məmmədli aydınlıq gətirib:
Neçə gündür ki,. Xaçmaz rayon icra başçısı Elnur Rzayev barədə yarımçıq paylaşılan bir video müzakirə mövzusudur.
Əvvəldən qarışmadım.
Çünki, düşündüm ki, onsuz da Xaçmazda hamı hər kəsin kim olduğunu bilir.
Ancaq gördüm ki, dirəşdilər, kimsə qəsdən mövqeyimi öyrənmək istədi, kimsə tam səmimi nə baş verdiyini soruşdu, kimsə öz fikirlərinin təsdiqini axtardı.
Elnur Rzayev barədə ən sərt tənqidi də mən yazacam onsuz da, nə vaxtsa...Ancaq elədiyi və mənim bildiyim, sübut edə biləcəyim faktım olanda.
Bu gün ona qarşı 3 cəbhədən böyük savaş gedir.
İçimdə "cəhənnəmə ki, qırsınlar bir-birini" deyib, kənarda durmağı üstün sayıram. Ancaq kimsə sual edərsə, kiminsə marağına danışmağı bacarmıram. Mənimki düzüdür, düzün başı birdir, ikinci başı iddia edən varsa, başında iş var deməkdir.
Bu videoya görə Şəminin tulalarından tutmuş, Elnur Rzayevlə əks cəbhələrdə olanlara qədər, üstümə gələn çox olacaq.
Ancaq düzünü istəyirsizsə, düzü budur.
Hələ tam da deyil, ağzımı açıb, hamını söyləsəm, ümumiyyətlə biyabırçı mənzərə alınacaq.
Kimə Xaçmazda Şəhidlər Xiyabanında baş verən şounun pərdəarxası maraqlıdırsa, baxa bilər...
Mövzu şəhid olmasa, hər şeyi çılpaqlığı ilə ortaya tökmək olardı, qurban olsun bütün tulalar şəhidimizə....
Cəmil Məmmədli
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru