Qubanın İcra başçısının adı ölüm işində hallanır - Nə baş verib? VİDEO

28-01-2022, 08:02           
Qubanın İcra başçısının adı ölüm işində hallanır -
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cənil Məmmədli Qubada baş verən ölüm hadisəsini araşdırıb. Araşdırmanı təqdim edirik:
"14 saylı yol-istismar idarəsində baş verən ölüm hadisəsinin videosu yayılıb.
Videodan görünür ki, idarənin yük maşınlarından biri, maşını arxaya verərkən, işçilərdən birini vurur.
Qəza zamanı həyatını itirən şəxs Mövludov Cəmşid Mehdi oğludur.
Qeyd edək ki, adıçəkilən təşkilatın Quba rayon icra başçısı Ziyəddin Əliyevin nəzarətində olduğu söylənilir.
Belə ki, 14 saylı yol-istismar idarəsinin qeyri-rəsmi rəhbəri icra başçısının bacısı oğlu Azad, müavini isə oğlu Rəşad Əlibəylidir...
Cəmil Məmmədli"

Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru