Xəzər TV-nin prezidenti Murad Dadaşov KİMDİR - Kardaşyanın TUTQUSU olan bu adamı KİM BU POSTDA OTUZDURUB - Xalqa bunu deyin!

29-01-2022, 08:30           
Xəzər TV-nin prezidenti Murad Dadaşov KİMDİR - Kardaşyanın TUTQUSU olan bu adamı KİM BU POSTDA OTUZDURUB - Xalqa bunu deyin!
Xəzər TV-nin prezidenti Murad Dadaşov qalmaqallı davranışı ilə növbəti dəfə diqqət mərkəzinə düşüb.

Teref.az Yenicag.az-a istinadən xəbər verir ki, Murad Dadaşovun erməni əsilli amerikalı fotomodel Kim Kardaşyanın bacısı Keylinin sosial şəbəkədə etdiyi paylaşımı bəyənməsi və onun təqibçisi olması Xəzər TV rəhbərinə yönəlik əsaslı suallar doğurub.

Əslində, erməni təəssübkeşliyini hər imkanda nümayiş etdirən, Qarabağdakı separatçılara maddi-mənəvi dəstəyini heç vaxt əsirgəməyən Kim Kardaşyanın və bacılarının paylaşımlarını bəyənmək, sosial şəbəkələrdə onları təqib etmək bəlkə də qəbahət deyil.


Lakin göründüyü kimi, Murad Dadaşovun “tolerantlığı” Kardaşyanın ailə üzvünün paylaşımını bəyənmək və onun təqibçisi olmaq qədər dərinə nüfuz edib. Təbii, Murad Dadaşov və onun dəstəkçiləri Kardaşyanın paylaşımını bəyənməyin günah olmadığını “əsaslandırmağa”, hətta onu qınayanları haqsız çıxarmağa uğursuz cəhd göstərəcəklər.

Ancaq qoyulan sual öz aktuallığını saxlayır: Murad Dadaşovun erməni simpatiyası haradan qaynaqlanır?













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.