Seymur Orucovun brendi - Ağstafanın gənc icra başçısının Gədəbəydədə biznesi var ...

30-01-2022, 09:12           
Seymur Orucovun brendi - Ağstafanın gənc icra başçısının Gədəbəydədə biznesi var ...
Ağstafanın gənc icra başçısı Seymur Orucov Gədəbəy rayonunda da özünə biznes qurub. Keçmiş deputat və keçmiş rektor Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə evli olan icra başçısı həyat yoldaşının adına "DAŞLI BULAQ -A" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni qeydiyyatdan keçirib, Gədəbəyin dağlarında özünə babat bir bulaq zəbt edib.
Teref.az yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə profilində yazıb. Daha sonra yazır:
18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla bulağın suyunu gətirib rayonda açdığı "Daşlı Bulaq" qablaşdırma müəssisəsində qablaşdırır. Saatda nə az-nə çox 8000 litr su şüşələrə doldurulur, oradan "Bravo", "Bazarstore" "Grandmart", "Bizim market", "AlMarket" şəbəkələrinə çatdırılır.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.