Nəsimi rayonunda az qala səkilərə də ŞLAQBAUM qoyulub… - Parkovka adı altında hər gün külli miqdarda pul yığılır…

2-02-2022, 09:15           
Nəsimi rayonunda az qala səkilərə də ŞLAQBAUM qoyulub… -
Görəsən, Nəsimi RİH-nin başçısı Asif Əsgərov hara baxır ?

Bəlkə, bu qanunsuz yığıma icra başçısı da şərikdir..?

Asif Əsgərov 2006-cı ildən 2009-cu ilə kimi Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı, 2009-cı idən 2015-ci ilə kimi Səbael RİH-nin başçısı, 2015-ci ildən isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır.
Yəni 13 ildir ki, icra başçısı karuselində fırlanır.
İndi isə keçək əsas məsələyə.
Etiraf etmək lazımdır ki, qanunsuz “parkovkalar”, dayanacaqlar, “moyka”lar icra başçıları üçün əməlli-başlı gəlir mənbəyinə çevrilib.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan avtobus dayanacaqlarını, habelə park və taksi dayanacaqlarının səlahiyyətlərini Bakı Nəqliyyat Agentliyinə ötürdü.
Çox düzgün və zamanında verilmiş qərar idi.
İndi ikinci fakta nəzər salaq:
Bakı Nəqliyyat Agentliyinin sözçüsü bir daha bəyan edir ki, hazırda Bakı şəhərindəki bütün parkovka yerləri PULSUZDUR. Əgər kimlərsə pul yığırsa, bu qanunsuzdur və pul yığanların bizə aidiyyatı yoxdur.
Fikir verdinizmi…?
Bakı şəhərində “parkovka” pulsuzdur və…
Pul yığanların bizə aidiyyəti yoxdur…
Adam, necə yəni Bakı şəhərində “parkovka” pulsuzdur..?
Günün günorta çağı, paytaxtın göbəyində “parkovka”adı ilə pul yığırlar…
Adam, necə yəni bunun bizə dəxli yoxdur..?
Axı, Prezident bu səlahiyyətləri sizə, yəni BNA-ya verib…
Bəs, Bakının 4 tərəfində su “boçka”sı, dəmir-taxta parçası düzüb “burda saxlamaq olmaz, bura 2 manatdır, bura 5 manatdır” deyən “parkovşik”lər nədir, ay adam..?
Bəs deyirsən, Bakıda “parkovka” pulsuzdur ?
Bəs dayanacaqlarda bir gecə saxlamaq üçün 6 manat istəyirlər, bu nədir ?
Ərazidə yaşayanlar avtomobilini harada saxlasın?
Hər gün 6 manatı necə vermək olar ?
Vətəndaşlar bu sualları müvafiq dövlət idarələrinə, o cümlədən icra hakimiyyətlərinə
ünvanlayanda….cavab verirlər ki, BU BİZİM PROBLEMİMİZ DEYİL…
Ay adam, sən dövləti təmsil edirsən, necə yəni bu bizim problemimiz deyil..?
Belə davam eləsə, bir azdan küçələri, səkiləri icarəyə verəcəklər.
Görəsən, icra başçıları niyə “Bu məsələ bizlik deyil” deyirlər.
Çünki icra başçıları bütün bu qanunsuz “parkovka”lara, rayon ərazisindəki “moyka”lara şərikdirlər.
Axı, necə ola bilər ki, kimsə şlaqbaum quraşdırıb, qaldırıb-endirməklə səhərdən axşamacan pul qazanır…
Belə icra başçılarından biri də Nəsimi RİH-nin başçısı Asif Əsgərovdur.
Bəli, Nəsimi rayonu ərazisndə də “parkovka” məsələsi əməlli-başlı biznesə çevrilib. Və bu biznesin başında icra başçısı durur.
Əslində bütün dünyada olduğu kimi bu sahədə normal proseduralar yaratmaq, mobil tətbiq üzərindən parkovka xidmətləri əldə etmək və onlayn ödəniş etməyə imkan verən sistemi qurmaq adi bir işdir.
Görünür, kimlərinsə marağındadır ki, bu sahədə qayda-qanun yaradılmasın və pullar dövlət büdcəsinə deyil, şəxsi ciblərə getsin.
İcra başçısı Asif Əsgərovdan soruşan lazımdır ki, rəhbərlik etdiyin rayonun ərazisində az qala səkilərə də ŞLAQBAUM qoyulub, boş ərazilər PARKOVKA üçün məmurlar arasında bölüşdürülüb.
Bütün bunlardan xəbəriniz yoxdurmu ?
Sözün qısası, Nəsimi rayonu ərazisində nəqliyyat parklanması adı altında hər gün külli miqdarda pul yığılır, daha doğrusu, vətəndaşlar soyulur…
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.