Jurnalisti təhqir edən mədəniyyətdən kənar Yevlax Mədəniyyətinin siması Rafiq Məmmədovu kim müdafiə edir. İlyas Hacıyev yoxsa cənab nazir?

3-02-2022, 00:06           
Jurnalisti təhqir edən mədəniyyətdən kənar Yevlax Mədəniyyətinin siması Rafiq Məmmədovu kim müdafiə edir.
Anar Kərimov Mədəniyyət naziri təyin ediləndən sonra nazirliyin strukturunda kadr islahatlarına başlayıb. Aparılan bu islahatlarda sabiq nazir Əbülfəz Qarayev və onun korrupsioner komandasının üzvüləri bir-bir vəzifələri ilə vidalaşırlar. Məlum olduğu kimi son 10 ildə Mədəniyyət Nazirliyində korrupsiya tüğyan halına gəlib çatmışdı. 2017-ci ildə yaradılan Regional Mədəniyyət İdarələri isə sözün həqiqi mənasında korrupsiya yuvalarına çevrilmişdi. Anar Kərimov nazir əvəzi kimi vəzifəsinin icrasına başlayan kimi ilk işi nazirlikdə və Regional Mədəniyyət İdarələrində illərlə kök atmış korrupsiya şəbəkəlrini dağıtmağa başladı. Məhz 1 il 1 ay müddətində Regional Mədəniyyət İdarələrinin rəisləri vəzifələrindən uzaqlaşdırıldı və onların yerinə korrupsiyaya bulaşmamış gənc kadrlar təyin edildi.

Təəssüf doğurucu haldır ki, hələ də adı müxtəlif qalmaqallarda və korrupsiya maxinasiyalarında çəkilən şəxslər vəzifələrinin başında işlərini davam etdirirlər.


KanalS.az xəbər verir ki, belə məmurlardan biri də Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevdir. Bütün regional idarələrin rəisləri vəzifəsindən çıxarılsa da İlyas Hacıyevə nədənsə toxunan yoxdur.

Aldığımız məlumata görə 66 yaşını keçən il qeyd edən İlyas Hacıyev hazırda Bərdə Regional Mədəniyyət İdarəsində uzadılmış müqavilə əsasında rəis vəzifəsində işləyir.

Ötən günlərdə redaksiyamıza daxil olan məlumat İlyas Hacıyevin qanunsuzluqlarını bir daha sübut etdi.

Daxil olan məlumata görə, Bərdə Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax Rayonu Mədəniyyət Mərkəzinin filialı olan Bəşir Səfəroğlu adına kukla teatrının müdiri və Mədəniyyət Həmkarlarının sədri Zöhrə Adıgözəlova mədəniyyət işçilərinə maddi yardım yazıb, sonradan işçilərinin əlindən alır. Təbii ki, İlyas Hacıyevin bu işdə barmağı olmaya bilməz. Çünki həmin idarə onun tabeliyində fəaliyyət göstərir. Hələ bu azmış kimi adı mədəniyyət idarəsində işdə gedib özləri işə gəlməyən şəxslərin əmək haqqı kartlarınıda mənimsəyiblər.

Qeyd olunan məlumatla bağlı Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax Rayonu üzrə nümyəndəsi Rafiq Məmmədovun KİV-nin nümayəndəsini təhqir etməsi isə bir başa cinayətdir. Bununla da İlyas Hacıyevin rəhbərlik etdiyi idarə öz “mədəniyyətini” ölkə ictimaiyyatına bir daha sübut etdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.