Nizami RİH başçısı vəzifəsini icra edən Qərib Məmmədovdan “qısa qapanma” söhbəti… – Arif Qasımovun şəriki və cinayət ortağı Qərib Məmmədovun könlündən icra başçısı olmaq keçir..

4-02-2022, 00:07           
Nizami RİH başçısı vəzifəsini icra edən Qərib Məmmədovdan “qısa qapanma” söhbəti… –
Bir müddət əvvəl hazırda Nizami RİH başçısı səlahiyyətlərini icra edən, Nizami RİH başçısının birinci müavini Qərib Məmmədovun gülməli açıqlamasına rast gəldik. Niyə gülməli ?
Deməli, Bakıda ən çox yanğınların olduğu məkan Nizami rayonudur. Son illərdə bu rayonda xeyli ticarət mərkəzləri, ticarət və ictimai-iaşə obyektlərində yanğınlar baş verib.
Cənab Qərib Məmmədov bu yanğınların səbəbini QISA QAPANMALARDA görür və deyir: “Rayon elektrik şəbəkəsi tərəfindən insanların cəm toplaşdığı yerlərdə, xətlərdə, şitlərdə yoxlama aparılır”.
Görəsən, Qərib Məmmədov bilmir ki, o və keçmiş şefi Arif Qasımov rayon ərazisində o qədər qanunsuz obyektlər açıblar ki, yanğınlar da məhz buna görə baş verir. Qısa qapanmanın buna nə dəxli var ?
Qərib Məmmədov özü də bilmədən deyir ki…İNSANLARIN CƏM TOPLAŞDIĞI YERLƏRDƏ..
Bəli, cənab Qərib Məmmədov, sən və sabiq icra başçısı ən yüksək elektrik xətlərinin keçdiyi yaşıllıqları, ağacları məhv edərək çayxanalara, kafelərə satmısınız. Hansı ki, həmin ərazidə kütləvi ölüm halları ola bilər. Həmin xətlərin altında insanların toplaşması yolverilməzdir. Amma sən və Arif Qasımov həmin əraziləri qanunsuz olaraq iş adamlarına satmısınız.
İndi isə deyirsən ki, qısa qapanma belə gəldi, enerji elə getdi-filan…
Cənab Qərib Məmmədov, deyirsən ki, yanğına görə, dövlət obyekt sahiblərinə kompensasiya ödəyib ?
Nə üçün dövlət ödəməlidir ?
Obyekt sahiblərinə dəyən zərəri sən və Arif Qasımov ödəməlidir. Çünki sahibkarlardan pulu zamanında siz almısınız.
Axı, illər uzunu sabiq icra başçısı Arif Qasımovun şəriki və cinayət ortağı siz olmusunuz.
Bəlkə, yalan deyririk ?
Rayondakı bütün qanunsuz tikililərə, obyektlərə sənədləri tikintiyə baxan müavin kimi siz imzalamısınız.
Axı, ola bilməzdi ki, Arif Qasımovun əməllərindən xəbəriniz olmasın. Deməli şərik olmusunuz.
Məlumdur ki, sabiq icra başçısı Arif Qasımov rayonda yaşıllıqlara qarşı terror edib, ağacları məhv edib. Rayonun ərazisindəki torpaqları dədəsinin malı kimi satıb.
Bütün bunlardan xəbəriniz yox idi, cənab Qərib Məmmədov ?
Bəlkə, rayon ərazisindəki gizli kazinolardan yığılan milyonlardan xəbərin olmayıb..?
Nizami rayonunda, Vərəm Disponserinin yaxınlığında qanunsuz tikilən binalardan, kafelərdən, bəlkə xəbərin olmayıb ?
İndi icra başçı haqlı olaraq vəzifəsindən qovuldu və cəzasını çəkəcək.
Bəs sən nə gözləyirsən, Qərib Məmmədov ?
Bəlkə, könlündən icra başçısı olmaq keçir ?
Onu da qeyd edək ki, Qərib Məmmədov Nizami rayonunda oynadığı əməlləri vaxtilə Nəsimi rayonunda edib.
Qısa məlumat üçün bildirək ki, Qərib Məmmədov 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsini Sənaye və Mülki Tikinti ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1977-ci ildə gənc mütəxəssis kimi Nəsimi rayonu Mənzil Təsərrüfatı İdarəsində mühəndis vəzifəsində başlamış, 1985-1993-cü illərdə həmin idarədə böyük mühəndis, baş mühəndis və rəis, 1993-2009-cu illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində işləmişdir. 2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində işləyir və hazırda başçının səlahiyyətlərini icra edir.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.Gundəlik Baki












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.