Rusiyanın təltif etdiyi FHN-in xanım işçisindən dələduzluq

7-02-2022, 17:07           
Rusiyanın təltif etdiyi FHN-in xanım işçisindən dələduzluq
Xatırladaq ki, ötən ay aktualxeber.az saytında “FHN-in məsul işçisindən şok əməl” başlıqlı məqalə dərc etmişdik. Məqalə özünü Fövqəladə Hallar Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin məsul işçisi Talıbova Həcər Cavanşir qızı kimi təqdim edən şəxs tərəfindən aldadılmış Abşeron rayon Masazır qəsəbə sakini, təqaüdçü, Ağsaqallar Şurasının üzvü Məmmədov Abasqulu Məhəmməd oğlunun müraciəti əsasında hazırlanmışdı. Şikayətçi iddia edirdi ki, FHN-in mərkəzi aparatında işləyən yuxarıda adını çəkdiyimiz xanım əməkdaş onların etibarından sui-istifadə edərək ailələrinə məxsus 118 min manatlarını mənimsəmişdir. Bu pulun verilməsindən Həcər xanımın rəfiqəsi Lalə, anası Elmira, atası Cavanşır də məlumatlı olmuşlar və bunları təsdiq edən səs yazıları da var. Həmin vaxtdan bu günə qədər pulu geri istəyəndə H.Talıbova müxtəlif bəhanələr gətirməyə başlayıbdır. O, gah İsmayıllıda yerləşən bağ evlərini, gah da şəhərin mərkəzində yerləşən mənzillərini satıb pulu qaytaracağını vəd edərək yalanlar danışmağa başlamışdır. Şikayətçi iddia edir ki, onlardan aldığı pulla Həcər özünə mənzil almışdır və indi onu satıb pullarını qaytarmaq istəmir.
Bu gün isə həmin şikayətçi əlində olan səs yazılarını, yazışmaları, fotoşəkilləri və digər sübutları redaksiyamıza təqdim etmişdir. Təqdim edilən sənədlərdən görünür ki, həqiqətən də Həcər Talıbova pulu aldığını etiraf edir və geri qaytarmaq üçün müxtəlif vədlər verir. Ümidvarıq ki, bu yazımızdan sonra Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi onların əməkdaşından zərər çəkən vətəndaşın hüquqlarının pozulmasına yönəlmiş qanun pozuntularının qarşısının alınması istiqamətində ən ciddi tədbirlər həyata keçirəcəkdir. Ən azından ona görə ki, bu xanım əməkdaş 2017-ci ildə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkovun əmri ilə “Xilasetmə naminə əməkdaşlıq” medalı ilə təltif edilmişdir və onun adının dələduzluqda hallanması yaxşı hal deyildir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.