Azərbaycan Memarlıq və İnşaat Universitetinin 210000 manatlıq layihəsi-MÜƏMMA

7-02-2022, 16:09           
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 210000 manatlıq layihəsi-MÜƏMMA
Azərbaycan Memarlıq və İnşaat Universiteti Qrant layihəsi ilə Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması layihəsinə start verib.Azərbaycan Memarlıq və İnşaat Universiteti Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması işi ilə bağlı “Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC ilə müqavilə bağlayıb. 23.11.2021-ci il tarixdə start götürən müsabiqəyə 3 gün əvvəl-04.02.2022-ci ildə yekun vurulub.
“Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC Azərbaycan Memarlıq və İnşaat Universitetinin sifarişi ilə Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması xidmətlərini həyata keçirəcək və qarışılığında 210000 manat alacaq.
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,… Azərbaycan Memarlıq və İnşaat Universiteti bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən…(?) Azərbaycan Memarlıq və İnşaat Universiteti ad ilə eynilik təşkil edən “Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC ilə 21000 manatlıq müqavilə bağlayıb!
Azərbaycan Memarlıq və İnşaat Universiteti həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq qrant layihəsi olsa da belə, şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir… Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir…

Elə isə sual olunur: Azərbaycan Memarlıq və İnşaat Universiteti nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki? Əgər söhbət hansısa qrant layihəsindən gedirsə belə, nədən görüləcək işin detalları açıqlanmır? Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC-ni adlarındakı eynilikdən başqa daha hansı tellər bağlayır? “Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC nə zaman, hansı zərurətdən və hansı məqsədlərlə yaradılıb? Və s.
Amma suallar bununla bitmir…Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru hörmətli Gülçöhrə xanım Məmmədovaya elektron sorğu ünvanladıq. Təəssüf ki, 3 gün ötməsinə baxmayaraq hələ də sorğumuza cavab yoxdur(?)
“Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu” MMC ilə isə əlaqə yarada bilmədik. Heç də az olmayan vəsaitin etibar edildiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsi ilə rastlaşmaq mümkün olmadı(?)
Yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.
Mövzunun davamı olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.