Salyanın icra başçısından Qarabağ savaşına sayğısızlıq... - Özü də indiki ərəfədə...

5-04-2016, 18:53           
Salyanın icra başçısından Qarabağ savaşına sayğısızlıq... - Özü də indiki ərəfədə...
Hətəmov Sevindik Hacıağa oğlu 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub... Hazırda Salyan rayonuna rəhbərlik edir. Buna qədərsə Yardımlı rayon icra hakimiyyətinin başçısı idi. Ona qədər də millət vəkili...

Bir sözlə, adam sıxıntı çəkməyib. Hər zaman görəv başında olub. İmkanı olub. Ən azından ailəsinin dolanışığını təmin etməyə...

İndi isə hətta doğulub-boya başa çatdığı Laçın rayonunu belə unutmuş kimi görünür. Ən azından DİA.AZ-a daxil olan məlumatdan belə anlaşılır. Bu gün hər kəsin müharibə ovqatında kökləndiyi bir ərəfədə Salyan RİH başçısı postunun dadını çıxaran Sevindik Hətəmov deyəsən, onu həmin posta kimin təyin etdiyini əməlli-başlı unudub. Əgər belə olmasaydı, Hətəmov cənabları dünən qapısına "biz Qarabağda savaşmaq istəyirik" deyibən gələn salyanlıları "bu millət nə vaxtdan vuruşan olub, hamısı oyundur" deyib yola salmazdı.

Hər halda, bir məmurun bu şəkildə Azərbaycanın acılarına və Azərbaycan xalqının imkanlarına kinayə ilə yanaşması yolverilməzdir. Xüsusən də həmin məmur əgər işğal olunmuş rayonlarımızdan birində doğulub, böyüyübsə...

Doğrudur, bu xəbəri eşitdikdə, inanmaq istəmədik. Və bu məqsədlə Salyan RİH-ə zəng etdik. Dedilər ki, hər kəsin başı müharibəyə qarışıqdır... Sevindik. Sonradan isə rayondakı digər qaynaqlardan xəbər aldıq ki, başçı hətta PA-dan gələn təlimata uyğun olaraq, vətənpərvərliyi təşviq edən tədbirlərin belə tədarük görülməsinə ciddi maraq göstərməyib.

Yəqin güman edir ki, vəzifə başında təzədir, prezident də ona dəyməz. Olsun, görəviniz mübarək, cənab Hətəmov. Amma prezident dəyəndə təzəliyə, köhnəliyə heç də diqqət eləmir. Yanlışın varsa, vurulacaqsan... Özü də belə həssas məqamda...

Yenə də möhtərəm başçının fikirlərini yaymaq üçün müsaidik...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.