Təcili! Göygöl Xəstəxanasında morqun açarı "itdi" - Şəxslər tibb işçilərilə dalaşdı

14-02-2022, 08:09           
Təcili! Göygöl Xəstəxanasında morqun açarı "itdi" -
Yaxın dəqiqələrdə Göygöl MRX PHŞ-də qeyri-adi qalmaqal baş verib.
Demokratik.Az-a verilən məlumata görə, dünyasını dəyişmiş bir şəxsin nəşini morqa yerləşdirmək istəyən şəxslərlə xəstəxananın orta tibb işçiləri arasında qarşıdurma yaşanıb.

Olaya şahid olan şəxslərdən birinin dediyinə görə, mübahisə morqun qapısının açarının üstündə başlayıb. Xəstəxanaya gələn naməlum şəxslərdən biri əlində buraç (atvyorka-red), digəri əlində telefonla xəstəxananın tibb personallarına hücum çəkiblər. İşçiləri və sanitarı qorxudaraq morqun açarını tələb ediblər. İşçilər morqun açarının onlarda olmadığını və xəstəxana rəhbərliyinin izni olmadan bir şey edə bilməyəcəklərini şəxslərə bildirsələr də qarşı tərəf dava-dalaş salıb. Morqun qapısının digər üsullarla açmağa cəhd edilib.

Məlumata inansaq, xəstəxanaya yaxınlarının nəşini morqa yerləşdirməyə çalışanlar MTE və Patoloji anotomiya birliyinin Göygöl rayon şöbəsinin rəisi Mirzəyev Nitat Telman oğlundan razılıq aldıqdan sonra deyilən hərəkətləri ediblər. Mənbəmiz onlardan birinin mobil telefonla Nicat Mirzəyevlə danışıb xəstəxanadan narazılıq etdiyini də bildirib.

Qalmaqal təxminən saat 15:30 radələrində baş verib və 1 saatdan artıq davam etdiyi deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.