“Bakıxanov rezidens”in BAKI XANƏDANLIĞI... - İDDİA

14-02-2022, 16:31           
 “Bakıxanov rezidens”in BAKI XANƏDANLIĞI... - İDDİA
Paytaxtın Bakıxanov qəsəbəsində “Bakıxanov rezidens” tikinti şirkətinin biznesi çiçəklənməkdədir. Lakin bu inkişaf qəsəbəyə xüsusi görkəm verən, səliqə-sahmanlı üçmərtəbəli binaların sökülməsi ilə müşayiət olunur. TİA.Az xəbər verir ki, son aylar daha bir üçmərtəbəli bina yerlə-yeksan olunub və pilot layihə adı ilə şirkət göydələnlər inşa edir. Son illərdə bir neçə belə bina sökülüb, yerində hündürmərtəbəli binalar tikilib. Amma Bakıxanovda bir bina salamat saxlamayacağını qarşısına məqsəd qoyan tikinti firması dayanmadan sökhasök həyata keçirməkdədir. Nəticədə üçmərtəbəli bina üçün nəzərdə tutulan ərazidə 12-15 mərtəbəli binalar inşa edilməklə qəsəbədə sıxlıq yaranır. Üstəlik, həmin binaların nə normal həyəti, nə geniş uşaq meydançası, nə düz-əməlli parkinq yerləri var. Odur ki, “Bakıxanov rezidens” necə gəldi söküb tikir və satır. Hazırda daha bir bina uçurulub və yerində göydələn inşa ediləcək. Mediada yayılan xəbərlərə görə, pilot layihələri həyata keçirən bu şirkət Sabunçu rayon icra başçısı Adil Vəliyevə məxsusdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru