Hacı Məhərrəmin qoruduğu məktəb direktoru və direktor müavini dövləti belə TALAN EDİR -ŞİKAYƏT

15-02-2022, 09:15           
Hacı Məhərrəmin qoruduğu məktəb direktoru və direktor müavini dövləti belə TALAN EDİR -ŞİKAYƏT
Kərimova Aysel İbrahim qızı 2016-cı ildə 5 000 manat rüşvət verərək Abşeron rayon Masazır qəsəbəsi 4 nömrəli məktəbə direktor yanında texniki işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

Bu barədə Reportyor.org saytına adını vermək istəməyən şəxs tərəfindən məlumat verilib.

Şikayətçinin verdiyi məlumata görə, Kərimova Aysel həmin vəzifə üzrə çalışdığı zamanlarda bir çox qanunsuzluqlara yol vermiş və dövlət əmlakını mənimsəyərək məktəbin inkişafına ciddi ziyan vurmuşdur.

Belə ki, ziyanverici şəxs məktəbdəki avadanlıqları, partaları və komputerləri öz şəxsi əmlakı kimi istifadə etmiş və bu xülyaya özünü inandıraraq dövlət əmlakını evinə aparmaqdan belə çəkinməmişdir. Öz mənzilinə apardığı parta və komputerlər vasitəsilə evində şagirdlərə hazırlıq şəraiti yaratmışdır. Kərimova Ayselin özünəməxsus mağazasında da məktəbdən apardığı komputerlərdən istifadə etdiyi bildirilir.

Reportyor.org-a daxil olan şikayətdə direktor müavininin dövlətə məxsus avadanlıqların cavabdehi olan Emin adlı şəxsə rüşvət verərək bu qanunsuzluğun üstünü örtməyə nail olduğu da qeyd edilib.

Məlumata görə, Kərimova Aysel İbrahım qızı qeyd olunan vəzifə üzrə çalışdığı müddət ərzində şikayətçinin anası Dünyamalıyeva Təyyarənin adına əsassız şəkildə maaş kartı açaraq dövlət tərəfindən ödənilən vəsaiti mənimsəmişdir.

Şikayətçi Reporyor.org-a müraciəti zamanı qeyd edib ki, yazılanlar haqqında Abşeron rayon prokurorluğu və Abşeron rayon İcra Hakimiyyətinə dəfələrlə məlumat versədə onun şikayətləri nəticəsiz qalıb.

Qeyd edək ki, icra başçısı Abdin Fərzəliyevin, Təhsil Naziri Emin Əmrullayevin və hüquq-mühafizə orqanlarının məsələyə laqeydliyi şikayətçinin nəzərindən qaçmayıb. Korrupsioner şəxsin dövlət qurumları tərəfindən qorunması və hər hansı tədbirin görülməməsi şübhəli məqamların ortaya çıxmasına səbəb olur.

Ümid edirik ki, mövzunun saytımız tərəfindən ictimailəşdirilməsindən sonra müvafiq tədbirlər görüləcək.

Məsələ ilə bağlı maraqlı şəxslərin mövqelərini Teref.az olaraq dərc etməyə hazırıq.

P.S Mövzuya qayıdacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.