25.000 manat aldığı iddia edilən hakim və ya şəhid ailələrinə atan fırıldaqçı niyə bayırda gəzir

1-05-2016, 00:00           

Azərbaycanda bir qrup Milli Qəhrəman ailəsi dələduzluqla üzləşib. Şəhid ailələrinə vəd verib, onların külli miqdarda pulunu mənimsəyiblər.

Zərər görmüş şəhid ailəsindən biri Məhəbbət Şahvələdqızı “Cümhuriyət” qəzetinə başına gələn hadisəni danışıb. O, doğması İlham Rüstəmovun Füzuli istiqamətində şəhid olduğunu bildirib. M.Şahvələdqızının sözlərinə görə, vaxtilə ticarətlə məşğul olduğu yerdə iş yoldaşı kimi tanıdığı bir nəfərin yalanlarına inanıb böyük məbləğdə ziyana düşüb: “Mən “Binə” bazarında ticarətlə məşğul olmuşam. Həmin ticarət mərkəzində mənimlə üzbəüz "polka"da Rauf adlı satıcı işləyirdi. “Milli Qəhrəmanların Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Mirbəşir Murtuzovun qohumu olduğunu dedi. M.Murtuzovun baldızı oğludur. Beləliklə, Rauf və Mirbəşir Murtuzovun oğlu məni aparıb birliyin sədri ilə tanış etdilər.

Qardaşımın qızının əməliyyatı Almaniyada ola bilərdi və 45 mindən çox pul istəmişdilər. Rauf dedi ki, əmim sizə imkanlı şəxslərə və kanallara çıxmağa köməklik edə bilər. Bu minvalla bizi Mirbəşir Murtuzovla görüşdürdü. Görüş zamanı Mirbəşir Murtuzov dedi ki, bu şəhidə ev və ya maşın verilməyib? Bildirdim ki, verilməyib. Dedi ki, sizi ev siyahısına saldıra bilərəm. Başladı ki, şəhid ailəsidir mütləq ev verilmədir, gedin qardaş-bacı evdə məsləhətləşin mən sizi ev siyahısına saldırım, amma nazirliyə pul çatmalıdır. Bilirsiniz ki, bu söhbətlərin məbləği yuxarıdır və hər şeyi pulla idarə edirlər. Evə çatandan sonra mobil telefonuma zəng edib dedi ki, Məhəbbət xanım, sizi ev siyahısına saldırmışam və 3-cü adamsınız.

Nəqliyyat Nazirliyinin arxasında 16 mərtəbəli binanın 7-ci mərtəbəsində 3 otaqlı, tam təmirli, içi mebellə təchiz olunmuş 124 kvadratmetrlik mənzil var. Bu söhbət 2014-cü ildə olub. Daha sonra bildirdi ki, dekabrın 30-31-də prezident İlham Əliyev bu evləri şəxsən sizə verəcək. Maliyyə naziri Samir Şərifovun və Daxili işlər naziri Ramil Usubovun adını çəkərək məndən pul istədi. Dedi ki, 50 min manat nazirliyə, 5 min manat mənim idarəmə verəcəksiz. Etiraz etdik ki, bizim o qədər pulumuz yoxdur, elə 45 min manat qardaşımın övladının əməliyyatına pul lazımdır. Kasıb adamlarıq, hardan alaq? Başladı hirslənib danışmağa ki, nə danışırsınız, artıq sizi siyahıya salıblar, mənim yaxşılıq payım da var. İndi mən cənab nazirə necə deyim ki, siz bu evi istəmirsiniz? Dedik ki, Mirbəşir müəllim, biz sizdən xahiş etmədik ki, bizi siyahıya saldırın, siz dediniz ki, evdə məsləhətləşin.

Başladı ağlamağa ki, bilirəm, sənin evin var, onu tez sat. Həm uşağı əməliyyat elətdirərsiniz, həm də özünüzə ev alarsız. Yeni Günəşlidə tam təmirli 4 otaqlı evim var idi. Evi mebeli ilə birlikdə satışa çıxardım. 130 min manat dəyəri olan evi 76 min manata satdıq. Pulun 50 min manatını Mirbəşir Murtuzova verdim. Dedi ki, Allah xeyrini versin, 15 gündən sonra sizə ev veriləcək. Sonra Mirbəşir Murtuzov guya qızımı Mərdəkan qəsəbəsində yerləşən Polis Akademiyasına düzəltmək bəhanəsi ilə mənə yalan vədlər verdi. Bu minvalla da məndən 10 min manat pul aldı. 5 min manat isə öz idarəsinə pul aldı. Mənə 3 gündən sonra zəng vurub dedi ki, qardaşınla gəlininizin zaqsı olmadığına görə, arayışı qəbul eləmirlər. Bu yolla da məndən 1500 manat arayışa pul aldı. Mirbəşir Murtuzov beləcə başımı aldadaraq ümumilikdə məndən 66 min 500 manat pul aldı. İş məhkəməyə düşəndən sonra iki ilin içində bu puldan mənə 63 min manat qaytardı. Sonuncu dəfə 30 min manatı qaytardı, amma 3500 manatı vermədi. Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə etdiyim müraciəti Yasamal Prokurorluğuna, prokurorluq da Yasamal Polis İdarəsinə göndərdi. İşə müstəntiq Əli Məmmədov baxırdı. Mirbəşir Murtuzovun əmisi oğlu mənə 7 min manat pul verirdi, müstəntiq yazdırırdı ki, 8 min manat verib. Sonda mənə 12 min 500 manat pul verməli idi, amma 9 min manat pul verdi. Əmisi oğlu yalvardı ki, Məhəbbət xanım, bu şikayəti geri götürün və kağıza yazın ki, 12 min 500 manatı almışınız. Uzaq başı 10-15 günə sizin 3500-ü də verəcəm. Mən də kağıza yazdım ki, bəli, tam olaraq pulu aldım. İndi həmin 3500 manatın verilməsi və mənə dəyən mənəvi ziyana görə iddia qaldırmışam. Evimin dəyəri ortalığa çıxarılsın. Hazırda işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi başlanıb. Fevralın 2-də gedən məhkəmədə mənə artıqlaması ilə pul aldığımı deyir. Mənə dəyən mənəvi zərəri necə ödəyəcək? Həm şəhidi təhqir elə, qanını tapdala, həm də məni təhqir eləsin. Bu, hansı ədalətə sığar? Bir il boyunca Mirbəşir Murtuzovun Yasamal rayonunda “Tri karona”nın (Üç tac) yanında yerləşən idarəsinə gedib-gəldim. İki dəfə əməliyyat olundum. Sonra banklardan kredit və başqa adamlardan sələmə pul götürüb balaca bir koma tikdirdim. Hazırda qonşunun elektrikindən istifadə edirəm. Heç bir kommunal xidmətdən istifadə edə bilmirəm.

Bütün bunlar bir yana yarımcan olmuşam üstəgəl, 25 yaşlı qız övladımla qeydiyyatsız ortalıqlarda qalmışıq. Mirbəşir Murtuzov nə baldızı oğlu Raufu, nə də öz oğlunu ortalığa çıxarır. Onlar banda şəklində işləyir. Tək məni yox, mənim kimi onlarla adamı aldadaraq yarım milyon dəyərində pulu mənimsəyib”.
25.000 manat aldığı iddia edilən hakim və ya şəhid ailələrinə atan fırıldaqçı niyə bayırda gəzir

Bakunews.az xəbər verir ki, hazırda Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə təqsirləndirilən şəxs Murtuzov Mirbəşir Sultan oğlunun məhkəmə istintaqı davam edir. Xatırladaq ki, M.Murtuzov Azərbaycan Respublikası CM.178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilir. Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Milli Qəhrəman ailələrinin etibarından sui-istifadə edərək onları aldadaraq külli miqdarda əmlakını ələ keçirib. Hüquqi terminalogiyada belə hərəkətin adlarından biri “dələduzluq etmə”dir.

Məsələnin əsas mahiyyətinə gəldikdə isə M.Murtuzovla bağlı redaksiyamıza danışan zərəçəkmiş ailələr şok edici məlumatlar əldə etdiklərin bildiriblər . Milli Qəhrəmanların ailə üzvləri ilə bağlı aparılan məhkəmə işi “dələduzluq etmə” ilə onları aldadan şəxsin yəni, M.Murtuzovun cinayət işini həbs qətimkan tədbiri əvəzlənərək polis nəzarətində azadlıqda gəzməsi heçdə, təmənasız başa gəlməyib.

Bununla bağlı BakuNews.az-a etibarlı mənbə bildirib ki, Ağır Cinayətlərə Dair Məhkəmənin hakimi Fikrət Qəribovun 25.000 manat rüşvət alaraq məhs M.Murtuzovla bağlı qərarın onun lehinə çıxarmaq qərarına gəlib. M.Murtuzov məhkəmə qərarı çıxan gün əmanəti çatdırmadığından xəstəxanaya özünü yazdıraraq güya ağır vəziyyətdə olduğu haqqında məhkəməyə arayış təqdim edib. Və buna görədə hakim qərarı çıxarmayaraq tarixin dəyişib.

Xatırladaq ki, uzun illər öncə hakim Fikrət Qəribov məhs eyni qanun pozuntusunu etmiş şəxsə 45.000 manat dələduzluq yolu ilə əldə etmiş şəxsə ilk oxunuşdan həbs qətimkan tədbiri vermiş sonradaan isə həmin şəxsi 20 il azadlıqdan məhrum etmişdi. Bu xranalogiyanı vərəqləyəndə dəyişilən nə olub ki, görəsən dolların qalxmasımı yoxsa hakimin yaşlanmasımı.

Araşdırma davam edir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.