Qobustanda qanunsuzluğun başında icra başçısı dayanıb - ŞİKAYƏT

1-05-2016, 01:53           
Qobustanda qanunsuzluğun başında icra başçısı dayanıb - ŞİKAYƏT
Bir surəti teref.aznun poçtuna gələn bu şikayət ərizəsini sizə təqdim edirik:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ.
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ:
AZƏRBAYCAN RESPUBLİKASININ BÜTÜN DÖVLƏT ORQANLARINA.

Qobustan rayon Ximilli kənd sakini Zülfüqarov Şahkərəm Şahkərəm oğlu tərəflərindən.

Ərizə
Hörmətli Prezident!

Mən Qobustan rayon Ximilli kəndində yaşayıram. Çox təssüflər olsun ki, mənim və ailəmin yaşamasına Qobustan İcra Hakimiyyətinin Başçısı, onun birinci müavini, Ximilli kənd bələdiyyə rəisi, Ximilli kənd icra nümayəndəsi və Adil adlı icra həkimiyyətinin işçisi əlbir olub, öz hiylələri ilə çiddi problem yaradırlar, məcbur qalıb bu insanların əlindən kəndi tərk etmək məcburiyyətindəyəm, belə ki, icra hakimiyyəti qeyd etdiyim vəzifəli şəxslərlə əlbir olub mənim və ailəmin torpağını əlindən alıb, rayonu və xüsusən kəndi talan etməklə məşğuldurlar, kənd camatına heç bir qayğı göstərmillər, yüz yerlərdə fermaları, torpaqları vardır və hətda rayonun bəzi yerlərində olan münbit torpaqları kamazlarla satmaqla məşğuldurlar, məni və ailəmi isə bir hiylə ilə aldadıb torpağımızı əlimizdən alıblar, yalan vəd verdilər ki, sənin yerin dövlət əhəmiyyətlidir, gəl bizə ver sənə müqabilində torpaq və pul verək, lakin bu günə qədər mən yerimə sahib çıxa bilmirəm və yeni topaqda vermillər. Cuzi pul verməklə məni başlarından edirlər. Özüm və ailəm demək olar ki, heç yerdə işləmirik, Qobustan rayon məşğulluq şöbəsinə beş aydır müraciət edirəm, işlə təmin edin baxan yoxdur, bütün fəhlə və rəhbər vəzifələrə öz adamlarını Qobustan rayon rəhbərliyi təyin edirlər, bizi isə bir insan kimi sayan yoxdur. Ömrümün sonuna kimi özüm, uşaqlarım bu vətənimizə və Prezidentimizə sadiq olub, biz hər bir ailə üzvümüz daima cənab Prezidentə sadiq olmuşuq və olacağıq, amma Qobustan rayon məmurları bizə heç bir qayğı göstərmir, Cənab Prezident demişdir mən xalqın birinci xidmətçisiyəm, digər dövlər məmurlarıda xalqa xidmət etməlidir, Qeyd etmək istəyirəm ki, Qobustan rayonunda belə deyil, cənab Prezdentin göstərişlərinə məmurlar əməl etmir, bu kimi məmurlar hesab edirəm ki, Qobustan rayonuna və xalqımıza lazım deyildir. Hətda Ximilli kənd qoçuları Mizəyev Mirzəxan keçmiş kolxoz sədri kolxozun bütün minlərlə mal qara və texnikalarını qadaşı Nadirlə əlbir olub satdılar, sonra irsi davamçısı olan savadsız qardaşı Namiqi bələdiyyə rəisi qoydular, bu qardaşlar bildirirlər ki, bizim arxamızda yuxarı vəzifəli şəxslər vardır, biz bu kəndi talayırıq və irsi olaraq talayacayıq.
Hörmətli Prezident!
Xaqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevə, onun irsinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çənablarına şəxsən böyük hörmətim var.
Hörmətli Prezident!
Ümüdüm Sizədir ! Bu məmurların əlindən yaşamağıma imkan yaratmağınızı istəyirəm. Xahiş edirəm ki, Qobustan İcra Hakimiyyətinin Başçısı, onun birinci müavini, Ximilli kənd bələdiyyə rəisi, Ximilli kənd icra nümayəndəsi və Adil adlı icra həkimiyyətinin işçisi barədə ciddi tədbir görəsiniz və mənim və ailəmin tapdalanmış qürurumun bərpası üçün köməkdarlığınızı əsirgəməyəsiniz.

30.042016-cı il. İmza: Zülfüqarov Şahkərəm Şahkərəm oğlu.
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.