50 kq qızılı oğurlanan keçmiş məmurun sərvəti aşıb daşır ..FOTOFAKT/SƏNƏDLƏR
1-05-2016, 20:58
Bu günlərdə bir qohumun o birisinin 50 kq qızılını oğurladığı haqda çox ilginc məlumat yayılmışdı. Əslində hamıya təəcüblü gəldi, axı 50 kq qızıl xırda şey deyil ki, onu elə belə oğurlayasan. Və bu qədər qızılı olan adam kimdir görəsən? Biz bu hadisə ilə bağlı poçtumuza gələn məktubla oxucularımızı tanış etdik. Məktubu göndərən mənbə bizə Baxşiyev Çingiz Nərimanoviçin oğlu Baxşiyev Nəriman Çingizoviçlə bağlı ilginc məlumatlar və sənədlərdə göndərəcəyini söz vermişdi. Birinci məktubu bu linkdən oxuya bilərsiuniz
http://teref.az/karusel/23875-ogurlanmish-50-kq-qizil-ve-ya-hansisa-qaranliq-meqamlari-perdelemeye-cehd-ttham.html
Mənbəmiz verdiyi sözü tutaraq teref.aznun poçtuna 2003-cü ildən Nəqliyyat Nazirliyində departament rəhbəri kimi işə başlayan Baxşiyev Çingiz Nərimanoviçin oğlu Baxşiyev Nəriman Çingizoviçə məxsus olan mal mülkün kiçik bir hissəsinin sənədlərini göndərib.
Bizə maraqlı olan isə 2002-ci iləd Qırğızıstandan Azərbaycana gələn və Nəqliyyat Nazirliyində rəhbər vəzifəyə qəbul olunan bu şəxsin bu qədər var dövləti hardan əldə etməsidir. Görəsən kimlərin hamiliyi ilə bu qədər torpaq, mal mülkü əldə edib?
Axı adi bir departement rəhbərinin maaşı nə qədərdir ki, bu maaşla bu qəıdər mal mülk alırsan. Sənədlərə diqqət yetirsən görərəik ki, onun oğlunun 23 yaşından artıq Azərbaycanın müxtəlif bölgələrində torpaq sahələri, evlər və mülklər almaq istedadı əmələ gəlib.
Çingiz Nərimanoviç Salyanda köhnə icra hakimiyyətinin arxasında olan köhnə poliklinikanı arvadı Baxışova Dostugül Ağagül qızının adına özəlləşdirməzdi
Oğlunu da diqqətdən kənar qoymayan Çingiz Nərimanoviç Salyan yolunun üstündə Noxudlu kəöndinə dönən yerdə Nəqliyyat Nazirliyinin balansında olan 8 ha-nın içində yerləşəm avtobazanı özəllişdirib.
Nəriman Çingizoviçin var dövləti bununla bitmir. Beş milyona satışa qoyulmuş S.Vurğun küçəsində yerləşən bu gözəl evdə onundur.
Bu maşınlar isə Çingiz Nərimanoviçin ailə işləri üçün işlətdiyi maşınlardırlar.Yanındakı bağda ki.......
Ən əsası isə hörmətli oxucular Nəriman Çingizoviçin çevik yaşayış yerinin dəyişməsi ilə bağlıdır. Aşağıdakı sənədlərə baxsanız nə demək istədiyimi başa düşərsiniz.
Bütün bunblar əslində Baxşiyev Çingiz Nərimanoviçin 12 il ərzində məmur maaşı ilə qazandığının cüzi bir hissəsidir. Hörmətli redaksiya gələn məktubumda sizə onlara məxsus olan Azərbaycanın müxtəlif bölgələrində torpaqlar və mülklər barədə məlumat verəcəm. Onun qızının, kürəkəninin adıan olan mal mülkdən sözhbət açacağam. xarici banklarda olan hesablardan danışmağa çalışacam.
Onuda bildirmək istəyirəm ki, Çingiz Nərimanoviçin oğlu Nəriman Çingizoviç bir necə il Londonda yaşadıqdan sonra artıq 5 ildir ki, Avstriyanın Vyana şəhərində yaşayır.
ARDI VAR
Azərbaycan doğrudanda "möhtəşəm" dövlətdir. Əgər 12 ildə adi bir nazirliyin məmuru 100 milyonlara sahib ola bilirsə.......
teref.az olkaraq qarşı tərəflə nə qədər əlaqə saxlamaq istəsək də buna müyəssər ola bilmnıədik. Lakin buna baxmayaraq adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az