Cəlilabadda Aydın Məmmədov ifşa edildi: Oğurluq və Ələkrəm Hümbətov simpatiyası
1-05-2016, 21:31
Dosye.org saytında yayımlanan “Cəlilabadda DƏRƏBƏYLİK: Rayon sakini idarə müdiri tərəfindən təhqir olundu” başlıqlı məqaləyə aydınlıq gətirildi.
İlk öncə nəzərinizə çatdıraq ki, Cəlilabad rayonu Gülməmmədli kənd sakini Səfərov Qürbət Məhərrəm oğlu tərəfindən ünvanlanan şikayət məktubuna əsasən məqalə hazırlanmışdır. Vətəndaş iddia edir ki, Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov onun yaşadığı ünvana gələrək onu təhqir edib. Məsələ ilə bağlı əməkdaşlarımız Aydın Məmmədovla telefon əlaqəsi yaradıb.
Məqaləyə münasibət bildirmək əvəzinə A. Məmmədov jurnalistləri “reketçilikdə” ittiham edib. Və əlavə etdi ki, mülki məsələlər və cinayət işləri ilə hüquq mühafizə orqanları məşğul olur. Görünür, A. Məmmədov ya qanunlardan bixəbərdir, ya da qanunları saya almır. Dosye.org saytı olaraq Aydın müəllimin nəzərinə çatdırmaq istəyirik ki, informasiya agentliyinin əməkdaşları məqalədə adı hallanan şəxsin mövqeyini dinləməyə borcludur. Əslində A. Məmmədovun bu cür addımı özbaşınalıq və vəzifə səlahiyyətindən sui istifadə kimi qiymətləndirilir.
Cəlilabadda nələr baş verir?
Cəlilabad rayon Günəşli kəndindən olan etibarlı mənbəmiz dosye.org-ın electron ünvanına şok doğuracaq məlumat ünvanladı. Belə ki, Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov dövlətdən mənimsədiyi vəsaitin üstü açılmaqla ifşa edildi. Rayon ərazisində olan kəndlərdə özünə yaxın sahə montiyorları ilə cinayət əlaqəsinə girərək böyük korrupsiya halına yol verib. Rayonun Günəşli kəndində aprel ayı üçün Fiber (kəndin girişi) 800min kv bir ayda sərviyat daxil olduğu halda , Aydın Məmmədov kassa məqaxilinə 250 min kv daxil edib. Bu cür neqativ hallar rayonun digər kəndlərində də aşkar edilib. Məsəl üçün 100 min kv sərv edilirsə, cəmi 10 min kv sənətləşdirilir. Deməli, A. Məmmədov hər kənddən 10 000 (min) manat mənimsəməklə dövlətə külli miqdarda zərər vurub. Oğurladığı dövlət vəsaitinin yerini doldurmaq üçün digər nizam-intizamlı abanetlərin üzərinə debutor borc qoyaraq, onlara elektirik enerjisinin verilməsinə mane olur. Bundan sonra məcburi olaraq vətəndaşlar “debutor borc” ödəyir. Cənab preziden İlham Əliyev qəti şəkildə elektirik enerjisinin kəsilməsini qadağan etsədə, Aydın Məmmədov ölkə başçısının göstərişlərini qulaqardına vuraraq, öz iyrənc əməllərindən əl çəkmək fikrindən qat-qat uzaqdır. Əlbətdə ki, belə özbaşınalıqlar birbaşa vətəndaşları prezidentə qarşı çıxartmaqdır.
Aydın Məmmədovu Ələkrəm Hümbətova nə bağlayır?
1992-1993-cü illərdə Ələkrəm Hümbətovu açıq şəkildə dəsdəkləyənlərdən biri məhz Aydın Məmmədov olduğu bildirilir. Hətda bu iki şəxsin yaxın qohumluq əlaqələri haqqında məlumatlar durmadan daxil olur. DTX-nin rəhbərliyi çox istərdik ki, bu məsələni nəzarətə götürsün. Aydın Məmmədova məxsüs mobil telefona Hollandiyadan gələn zəng araşdırılsın. İnanırıq ki, dövlət qulluqçusu Aydın Məmmədov qanun qarşısında cavab verməli olacaq.
Oğurlanan dövlət vəsaiti hara ötürülür?
Cəlilabad rayon Günəşli kəndinə və digər kəndlərdə verilən elektirik enerjisinin yoxlanılması üçün lazımı sənətlər toplandıqdan sonra Baş Prokururluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriləcək. Bunlardan əlavə Aydın Məmmədov Lerik rayon ərazisində “Ağ Göl” restoranını və obiyektləri hansı pulla əldə edib. Budur məmur oğurluğu, budur məmur özbaşınalığı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
teref.az