Hacıqabulda səfərbərlik problemə çevrilib - Özü də belə bir şəraitdə...

2-05-2016, 11:07           

Artıq neçə müddətdir ki, redaksiyamıza ardıcıl olaraq daxil olan məlumatlarda Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Hacıqabul rayon şöbəsində baş verən neqativ hallardan bəhs edilir. Bu barədə aldığımız açıqlamalarda bildirilir ki, bu gün ordumuzun yüksək döyüş qabiliyyətinin təmin olunmasına görə məsuliyyət daşıyan bir çox digər qurumlardan fərqli olaraq, Səfərbərlik xidməti Hacıqabul şöbəsinin rəhbərliyi öz vəzifələrinin icrasını heç də layiq olan şəkildə təmin etmir. Belə ki, bizimdovr.az-a daxil olan məlumatlardan bir neçəsində şöbənin fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Burada müşahidə olunan çoxsaylı nöqsanlar barədə redaksiyamıza açıqlama verən mənbənin sözlərinə görə, bu gün Nurlan Abbasovun rəhbərlik etdiyi qurum tərəfindən fiziki və əqli cəhətdən sağlam gənclər müxtəlif yollarla həqiqi hərbi xidmətdən yayındırılır: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsi üzərinə düşən işin öhdəsində layiqincə gəlməyi bacarmır, ölkənin hərbi çağırış sistemində ciddi qanun pozuntularının yaranmasına səbəb olur. Hacıqabul rayon şöbəsində hərbi xidmətinə göndərilən əsgərin qeydiyyatında müəyyən süni problemlər yaşanır. Bir sözlə, adıçəkilən qurumda rüşvətxorluq və anarxiya baş alıb gedir. Odur ki, Hərbi Prokurorluq, eyni zamanda xidmət rəisi general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul Rayon Şöbəsinin fəaliyyətinin ciddi şəkildə araşdırılması ilə bağlı müvafiq göstəriş versə yerinə düşər”. Bu xüsusda bizimdovr.az-a daxil olmuş başqa bir açıqlamada isə vurğulanır ki, Nurlan Abbasovun rəhbərlik etdiyi şöbədə hazırda bəzi vətəndaşlara saxta hərbi biletlərin verilməsi işi xüsusilə geniş yayılıb. Həm də məlumatlarda şöbənin rəhbərliyi tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması prosedurunun kifayət qədər sadələşdirildiyi də xüsusi vurğulanır. Mövzuya dair dərc etdiyimiz don materialda biz, deyilənlərin təsdiqi olaraq, redaksiyamıza təqdim olunmuş, Səlyan rayonu, Rəncbər kənd sakini Hüseynov Faid Etibar oğlunun adına verilmiş hərbi bileti göstərmişdik. Belə ki, Nurlan Abbasovun imzası ilə təsdiq olunmuş bu sənəddə Hüseynov Faid Etibar oğlunun sülh dövründə hərbi xidmətə yarasız olması barədə qeyd öz əksini tapmışdır. Lakin Faid Hüseynovu şəxsən tanıyan mənbənin deməyinə görə, bu gəncin səhhətilə bağlı heç bir problemi yoxdur. Bu gün isə, redaksiyamıza təqdim olunmuş daha iki belə hərbi bileti göstərmək istəyirik. Bunlardan biri Qazi-Məmməd şəhər sakini Kərimov Həsənəli Eldar oğlunun, digəri isə, Hacıqabul rayonu, II Paşalı kənd sakini Əmrahov İbadulla Əmrah oğlunun adına verilmiş sənədlərdir. Yenə də, ilk təqdim etdiyimiz sənəddə olduğu kimi, bu iki hərbi biletdə də çağırışçıların sülh dövründə hərbi xidmətə yarasız olmaları barədə qeydlər öz əksini tapmışdır. Məlumatı təqdim edən mənbə isə, bu hallarda da tibbi rəylərin saxtalaşdırıldığını və bunun məhz Nurlan Abbasovun göstərişi ilə baş tutduğunu iddia edir. Bununla belə, təəssüflər olsun ki, irəli sürülən bu kifayət qədər ciddi ittihamlara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəhbərliyi hələ də münasibət bildirməyə tələsmir.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.