Cəlilabadda icra başçısı postu uğrunda savaş - Əziz Əzizovun yerinə kim göz dikib
5-05-2016, 22:42
Mirdamət Məmmədov Əhməd Əhmədzadə və Fəzail İbrahimli sayəsində rayona rəhbər gələcəyini deyir. Cəlilabad Suvarma Sistemləri İdarəsində olmayan hadisə qalmayıb. Politika.Az xəbər verir ki, Mirdamət Məmmədovun rəhbəri olduğu qurumda korrupsiyadan tutmuş, yeyintiyə qədər hər şeyin baş verdiyini bilməyən yoxdur.
Buna misal olaraq, ötən il ərzində büdcədən bu quruma ayrılmış pulların aqibətini araşdırmaq kifayətdir. Qeyd edən ki, keçən il Cəlilabad Suvarma Sistemləri İdarəsinə istehsalat bazası və hidrotexniki qurğuların əsaslı təmiri üçün mal-materialların satın alınmasına 24827.2 manat ayrılıb. Həmin pulun təyinatı üzrə xərclənmədiyini elə işin gedişatında bilmək mümkündür. Belə ki, Cəlilabadda faktiki olaraq hidrotexniki qurğuların işləməsinin səbəbkarı elə sahibkarlardır. Çünki onlar bu avadanlıqların işləməsiylə torpaqlarını suvarırlar.
Politika.Az xəbər verir ki, idarəyə həmçinin nasos və dizel mühərriklərinin əsaslı təmiri üçün ehtiyat hissələrinin satın alınmasına 29730.74 manat ayrılıb. Mirdamət Məmmədov bu pulun da üzərindən su içərək, «oxay» deyib. Çünki ortada nə nasos var, nə də dizel mühərriki. Mühərriklər üçün ayrılmış yanacaq isə yerli YDM-lərə satılır. Bu da əlavə qazanc deməkdir.
Mirdamət Məmmədovun mənimsədiyi pullar içində hidrotexniki qurğuların, mülki və istehsalat binalarının, beton və latok kanallarının cari təmiri üçün mal-materialların satın alınması üçün ayrılmış 20372.7 manat da var. Həmçinin nasosların cari təmiri üçün ehtiyat hissələrinin satın alınması üçün ayrılmış 38141.68 manatı da buraya əlavə etsək, o zaman mənzərə tam aydın olar.
Mirdaməd Məmmədovun ən böyük «əməliyyatı» isə mexanizmlərə ehtiyat hissələrinin satın alınması olub. Belə ki, büdcədən bu məqsədlə ayrılmış 92184.44 manatın Bakıda hansısa mənzilə xərcləndiyi deyilir. Avtoehtiyyat hissələrinin satın alınması məqsədiylə 15960.68 manatın da nəyə xərcləndiyi bəlli deyil.
Hər il dövlətin pullarını şəxsi malı kimi xərcləyən Mirdamət Məmmədovun idarə müdiri kimi qalmaq niyyəti yoxdur.
Böyük maddi imkanlara malik idarə rəisi artıq icra başçısı olmaq arzusuna düşüb. Hətta onun məclislərin birində «Mənim arxamda Əhməd Əhmədzadə və Fəzail İbrahimli dayanır» deyib. Sonra da deyib ki, bəs, yaxın günlərdə Əhmədzadənin xeyir-duası ilə Cəlilabada icra başçısı gələcək.
Qeyd edək ki, Mirdamət Məmmədov dediklərini sübut etmək üçün Füzulinin icra başçısı Alı Alıyevi misal çəkib. Deyib ki, Alı Alıyev də onun kimi Suvarma Sistemləri İdarəsinin müdiriydi və Əhmədzadə sayəsində icra başçısı oldu.
Maraqlıdır ki, həmin məclisdə Məmmədov bir qədər qəribə danışaraq, onun qohumu olan Malik Şərbətovun qarasınca danışıb. O deyib ki, icra başçısı olan kimi, Əziz Əzizovun köməkçisi Malik Şərbətovu işdən qovacaq.