Cəlilabad notariusu Lətif müəllim "Müsəlman olduğuna görə pozulmusan..." - ŞİKAYƏT

6-05-2016, 12:05           

teref.aznun poçtuna Cəlilabad rayonu notarial kontorunun rəisi Lətif müəllimdən (soy adını qeyd etməyiblər) çox qəribə bir şikayət gəlib. İslam dinini qəbul etmiş rus milləindən olan şikayətçinin şikayətini öz mə\ktubundan oxuyaq.Şikayətçi teref.az-ya yazır:
Millətcə rus xalqından olan Azərbaycan vətəndaşı Cəlilabad rayon Privolnoye kənd sakini Novikov Mixail Aleksandroviç bildirir ki, mən Nənəmin evində qeydiyatda olduğum üçün Xalamgilin torpaq bölgüsü məsələsi ilə bağlı aidiatı qurumlara müraciət etdim.

Müraciətdə bildirdim ki, mənim xalamın bir ildən çoxdur ki, yaşadığı Evi dovlət qeydiyatına saldırmaq istəsədə nədənsə bir ildən çoxdur ki, yerli orqanlar sənədlərin düzəltməsində məsələni aylarla süründürür.

Məndə bununla bağlı mərkəzin aidiyatı qurumlarına elektron qaydası ilə müraciət etdim.
Daha sonra şikayətçi teref.az - ya yazır:

Bundan bir gün sonra mənim telefonuma Cəlilabad rayon Notariat idarəsinin rəhbəri Lətif Müəllim zəng vurub,məsələni ayird etmək əvəzinə məni hədələyib güyakı, mən ona müraciətimdə böhtan xarakterli yazılar yazmışam. Ona görədə, məni məhkəməyə verəcəyini və 50 000 manat təzminatla hədələdi, Mən cavab olaraq söylədim ki,sizə əsla böhtan atmamışam sadəcə müraciət etmişəm.

Hətda qeyd etdim ki, mən özüm Müsəlman təbiətli insanam mənə yaraşmaz kiməsə böhtan atım.

Lətif müəllim mənim sonuncu ifadəmə qərəzli yanaşaraq, bildirdi ki, elə ona görədə pozulmusan. Mən bu təhqiramiz sözləri özümə və mənim qəbul etdiyim İslam dinimə təhqir hesab edirəm.
Azərbaycan vətəndaşı olaraq, çox xaiş edirəm bu məsələni yaxından araşdırıb Ölkə rəhbərinə çatdırasız.

Novikov Mixail Aleksandroviç
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.