Qazaxda sahibkar qanunlarımızı hesaba almır

9-05-2016, 11:37           
Qazaxda sahibkar qanunlarımızı hesaba almır
Prezident İlham Əliyev qeyri – neft sektorunun inkişafına hərtərəfli şəraitin yaradılması üçün böyük işlər görür. Lakin bu heç də o demək deyil ki, sahibkar nə gəlsə edə bilər, yaxud dövlət qanunlarını istədiyi vaxt tapdayar. Açığı, sahibkarların fəaliyyətinin 2 il yoxlanılmamsı da onalrın özbaşınalıqlarına gətirib çıxarır. Bu məsələnin nə ölkəyə, nə də millətə heç bur xeyiri yoxdur. Qanun qanundur, istər sahibkr olsun, istərsə də dövlət admı. Cinayətkar cəzasını alsa daha məsləhətdi. Məsələn, sahibkarların fəaliyyətinin 2 illik yoxlanılmaması onların özbaşınalıqlarına səbəb olub. Yəni, istədikləri şəkildə işçilərini də incidir, əməklərini də istismar edirlər.
Qazax rayonunun Çaylı kənd ərazisində fəaliiyət göstərən “Avey” hotelinin sahibi Elxan Cürənovun özbaşınalıqları deyilənlərə əyani misaldır. Cürənov neqativ yollarla 3 hektara yaxın yararlı torpaq sahəsini alaraq, kənd təsərrüfatı təyinatlı torpaqdan aidiyyəti üzrə istifadə etmir. Tikdiyi hotel, yanacaqdoldurma məntəqəsi, maşınyuma sexi və restoranı əhalinin əkin yerlərini suvarmaq üçün istifadə etdiyi arxın üstündə qurub. Restoranın kanlizasiyası da arxa tökülür. Bundan əlavə, hotelin sol tərəfində 2 hektara yaxın torpaq sahəsi alraq yük maşınlarının dayanacaq yeri kimi istifadə edir. Həmin sahə də kənd təsərrüfatı üçün Çaylı kənd vətəndaşı Gülümcanov soyadlı vətəndaşa məxsus olub.
Həmişə öz mənafeyini dövlət mənafeyindən üstün tutan, bir kimsəyə “əl tutmayan” Elxan Cürənovun Çaylı kəndinə məxsus topaq sahələrini almağına, sahibkarlıq fəaliyyətinə bir söz demirik. Bizi Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı naminə verdiyi sərəncam maraqlandırır. Sərəncamda kənd təsərrüfatı aidiyyəti torpaq sahələrinin yalnız aidiyyəti üzrə istifadə edilməsindən söhbət gedir. Bəs onda Cürənov Elxan pulla aldığı vətəndaşlara məxsus pay torpaqlarının aidiyyətini hansı qanuna əsasən dəyişib?
Bu barədə Azərbaycan Respublikasın Prezidenti İlham Əliyevə, Kənd təsərrüfatı nazirliyinə və Su –Meliorasiya ASC-nin sədri Əhməd Əhmədzadəyə rəsmi müraciət edilib. Elxan Cürənov və ona nəyinsə hesabına havadarlıq edənlər Prezidentin sərəncamının əleyhinə gedib hegamonluq edirlərsə, onda nə düşünə bilərik?
Elxan Cürənovun işi bununla bitmir. Yoxlamaların 2 il dayandırılması Cürənovun qisməti kimi başa düşülür. Beləki sahibkarın yanında işləyənlərin əməyi açiq şəkildə istismar olunur. İşçilərin əmək müqaviləsi yox dərəcəsindədir. İşçilərini sığortadan yayındırması, fasiləsiz işlətməsi Cürənovun “eşqini dombaldıb”. Belə halda Cürənov kimi sahibkar dövlətə hansı xeyiri ilə yadda qalmalı, nə üçün ona hərtərəfli şərait yardılmalıdır? Demək yoxlamaların olması heç də dövlətə minus gətirmirmiş... Əksinə sahibkar çalışdırdıqları işçilərin qədrini bilər, onların əməyini istismar edənməzlər.
Artıq Cürənov Qazaxda sahibkarlıq fəaliyyətində “qaz vurub, qazan doldurub” Özü də qanunlarımızı tapdalamaqla...

teref.az - İlham Hacalı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.