Gəncədə evində qətl edilən qadının qətli ilə bağlı şok təfərrüatlar - İcra başçısı ittiham edilir..

10-05-2016, 01:28           
Gəncədə evində qətl edilən qadının qətli ilə bağlı şok təfərrüatlar - İcra başçısı ittiham edilir..
teref.az-nun poçtuna bu yaxınlarda Gəncə şəhərində qətlə yetirilmiş Nahidə ismayılovanın qətli ilə bağlı şok təfərrüatlar daxil olub. Gəncə şəhərindən Akif Əliyev bu qətllə baalı teref.azya yazıər:
Hörmətli redaksiya,bir necə gün bundan öncə kütləvi informasiya vasitələrində belə bir məlumat yayıldı ki,Gəncə şəhər sakini evində bıçaqlanaraq qətlə yetirilmişdir.Hüquq mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini ,1964-cü il təvllüdlü Nahidə İsmayılovanı yaşadıgı evdə bıçaqlayaraq qətlə yetirən şəxs saxlandı.Cinayəti törədən şəxs Gəncə şəhər sakini,1974-cü il təvəllüdlü İlham Abbasov olmuşdur.Qətl borc üstündə olmuşdu.
Akif bəy teref.az-ya sonra yazır, Gəncə şəhər Nizami rayonunun icra hakimiyyətinin başçısı Nizami Hacıyevin tapşırığı və verdiyi külli miqdarda rüşvət müqabilində qətl hadisəsinin əsas motivləri ört- basdır edildi.Belə ki,qətlə yetirilən şəxs Nahidə İsmayilova Gəncə şəhəri, Nizami rayonunun icra başçısı Nizami Hacıyevlə və Nizami Hacıyevin həm qaynı, həm də xidməti sürücüsü Şamxalla birlikdə qeyri-qanuni torpaq sahələri alaraq həmin sahələri balaca hissələrə bölüb orada evlər tikərək satmaqla məşğul olmuşdur.Bu işləri görmək üçün Nizami Hacıyevin təzyiqi ilə müxtəlif imkanlı şəxslərdən, o cümlədən iş adamlarından,obyekt sahiblərindən borc pullar götürülmüş və qaytarılmırdı.Pul sahibləri pullarını tələb edəndə onların obyektlərini sökdürməklə hədələyirdilər..Belə evlərdən Gəncənin Gülüstan qəsəbəsində tikilmiş üç ev,Cavadxan qəsəbəsində tikilmiş iki ev və başqalarını misal göstərmək olar.Həmin şəxslər pulunu ala bilmədikləri üçün Nizami Hacıyevə hücum etmış,lakin o qaçıb aradan çıxmışdır,nəticədə onun şəriki 8 bıçaq zərbəsi ilə qətlə yetirilmışdir.
Daha sonra teref.az-ya yazan mənbə qeyd edir ki, məlumunuz olsun ki,Nizami Hacıyev bir müddət bundan öncə də qəzəblənmiş vətəndaşlar tərəfindən möhkəm döyülmüş,başı daşla yarılmış və bir müddət xəstəxanada yatmışdı.
teref.az olaraq dəfələrlə Nizami müəllimlə əlaqə saxlamaq istəsəkdə bu baş tutmadı. Gəncə şəhəri Nizami rayonu icra hakimiyyətindən bizə cavab verən olmadı.
lakin buna baxmayaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.