Atası pulları bölüşdürür, oğlu Nail “lipa” ilə “xan” olur
10-05-2016, 17:36
Dərəbəyliyin hökm sürdüyü Azərbaycan Ağır Atletika Federasiyasında saxtakarlıqlar bitmək bilmir.
teref.az Hurriyyet.org-a istinadən xəbər verir ki, AAAF-dakı bəzi durumlarla bağlı araşdırma aparıb. Bir çox problemlər var ki, onların həllinə çalışmaqdansa, daha çoa öz xeyrlərini güdürlər.
Bundan əlavə, diqqət çəkən məqamlardan biri də ağırlıq qaldırma üzrə milli komandanın üzvlərindən olan bir idmançının dopinq cəzasına heç düşməməsidir. O da yığmanın köməkçi məşqçisi Xanlar Nəbiyevin oğlu, əvvəlki adı Nail indi isə Nailxan kimi tanınan ağır atletdir.
“Lipa” məsələsi Naili “xan” etdi
İlk olaraq Nailin necə Nailxan olması ilə bağlı aldığımız məlumatı çatdıraq.
Xanlar müəllimin oğlu 2006-cı ilə qədər Nail adı ilə ağır atletika üzrə yığma komandanın tərkibində çıxış edib. Lakin həmin ildən sonra Nailxan olan ağır atlet gənclərin millisində yarışlara qatılmağa başlayıb. Yəni “lipa” məsələsi Azərbaycan Ağır Atletika Federasiyasında var.
Çünki “lipa” etdilər ki, özündən kiçik yaşlılarla yarışlarda uğur əldə edə bilsin. Nailkən 1992-ci il idi, Nailxan olarkən isə 1994-cü il kimi qeydə alındı.
Xanlar Nəbiyevin oğlu “lipa” olaraq uşaqlar arasında cəmi bir dəfə dünya və Avropa çempionatında 3-cü olub.
Təbii ki, bu federasiyadakı “lipa” məsələsi təkcə sonradan Nailxan olan ağır atletlə bitmir. Başqa bir neçə atlet var ki, onlar da “lipa” kimi “hünər” göstərirlər.
Lazımı şəkildə bölünən pullar - Olimpiadaya gedəcək “lipa”
Bəs maraqlıdır, niyə Xanlar Nəbiyevin oğlu nə əvvəlkilərdə, nə də indikində heç dopinqə düşmədi? Nail(xan)ın atasına övladı üçün bu şəraiti yaratmasına federasiya niyə göz yumdu? Maraq nədir?
Təbi ki, bu sualların ilk cavabı pul məsələsidir. Belə ki, pullar Xanlar Nəbiyevin əli ilə lazımı şəkildə müəyyən şəxslər arasında bölünür. Bu isə federasiyanın prezidentinə qədər olan bir bölüşmədi. Qurumun rəhbərinə bu puldan çatmır.
Bundan əlavə, Nailxanın Olimpiya Oyunlarına gedə bilməsi üçün yolunun açılması lazım idi.
Onun hər dəfə dərmanları idmançılar arasında bölüşdürməsi özü bir sualdır.
Məlumat üçün bildirək ki, ağır atletikada bir idmançının olimpiadaya getməsi üçün ona qədər 2 yarışda iştirak etməsi vacibdir. Əks halda Olimpiya Oyunlarında iştirak edə bilməz.
Bəs niyə onun oğlu seçilsin? Aldığımız məlumata görə, Xanlar Nəbiyev köməkçi məşqçi olmasına baxmayaraq, baş katib Yavər Hacıyevin və vitse-prezident Elxan Əliyevin federasiyadakı iş görənidir. Yəni federasiya daxili planlarını həyata keçirəndir.
Gözlərini qorxudub susdurdular?!
Bu yaxınlarda dərəbəylikdən bezən idmaçılar etiraz etsələr və aksiyaya hazırlaşsalar da, onları susdurmağı bacardılar. Təbii ki, bu susqunluğun bir səbəbi var. O da şantaj... Əldə etdiyimiz məlumata görə, onlar ağır atletika millsindəki idmançıları karyeralarını bitirməklə qorxudurlar..