Muxtar Babayev həbs oluna bilər – Milli parkların torpaqları satılır

10-12-2022, 00:14           
Muxtar Babayev həbs oluna bilər –
“Ekofront” ekoloji hərəkatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməlləri ilə bağlı ictimaiyyətə, eləcə də prokurorluğa müraciət ünvanlayıb. Müraciətdə bu qurumun rəhbəri meşə fondu torpaqlarını satmaqda ittiham edilir.

“Bu dəfə hədəf milli parklar – xüsusi mühafizə olunan təbiət əraziləridir. 7 min hektara yaxın ərazini artıq oliqarx sahibkarlarla razılaşdırıb nazirliyin balansından çıxarıb Kənd Təsərrüfatı Nazirliyinə, icra hakimiyyətlərinə təhvil verməyə hazırlaşır. Bunun üçün Nazirlər Kabinetinə müraciət edilib”, – Facebook sosial şəbəkəsi vasitəsilə yayılan müraciətdə deyilir.

Fəallar ekologiya idarəsinin bu addımını torpaq sahələrini satışa çıxarmaq kimi qiymətləndirirlər: “Şİrvan Milli Parkından 2 min hektar, Qızılağac Milli Parkından 4 min hektar, Qarayazı Dövlət Təbiət Qoruğundan isə min hektara yaxın ərazini «satışa çıxarıblar».

Bu yaxınlarda eyni üsullu Muxtar Babayev Şirvan Milli Parkından 518 hektar torpaq sahəsini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənova verib, deyə aktivistlər bildirir.

“Ekofront” hərəkatının fikrincə, bu proseslərin arxasında böyük məmur özbaşınalığı və korrupsiya dayanır. “Quraq rayonlarda minlərlə hektar ərazinin suvarılması ciddi su ehtiyatları tələb edir. Nəticədə ətraf kəndlər suvarma suyundan daha da məhrum olacaq”, – “Ekofront” fəalları deyirlər.

Hələlik Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Ekofront” hərəkatının ittihamlarına cavab verməyib.(Turan)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru