“Rüşvət vermədiyim üçün mənə əlillik dərəcəsi vermirlər” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR VİDEO

10-12-2022, 10:06           
“Rüşvət vermədiyim üçün mənə əlillik dərəcəsi vermirlər” -
İkinci Qarabağ müharibəsi iştirakçısı Zamir Hüseynov əlillik dərəcəsi ala bilmədiyini deyir. “Toplum TV”-yə danışan şikayətçi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ondan əlillik statusuna uyğun diaqnoz üçün rüşvət istənildiyini iddia edib.

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş direktor müavini Elnur Mahmudov isə deyir ki, Zamir Hüseynovun əlillik ala bilməməsinin səbəbi ona qoyulan diaqnozun yetərsiz sayılması olub. Diaqnozun qoyulmasında və ya rəy verilməsində Beyləqan Rayon Mərkəzi Xəstəxanasının rolu olmayıb.

Həmçinin TƏBİB-də qəbula getdiyini deyən Zamir Hüseynov iddia edir ki, qəbul şöbəsinin müdürü Kamran Quliyevə özünü yandıracağını da deyib, əməkdaşsa onu intihara təşviq edib.

TƏBİB-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdürü Zamirə Ədilova bu hadisənin yaşandığına ehtimal vermədiyini deyir.

TƏBİB sözçüsü videoqeydlərə baxıb, insidenti araşdıracaqlarını bildirdi.

Toplum TV













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru