"Ucar rayon Mərkəzi Xəstəxanasında uşağımı hepatitə yoluxdurublar!"- ŞİKAYƏT

4-04-2023, 09:04           
"Ucar rayon Mərkəzi Xəstəxanasında uşağımı hepatitə yoluxdurublar!"- ŞİKAYƏT
Ucar rayon sakini Həşimov Vasif Maarif oğlunun şikayətini təqdim edirik:
Ucar şəhəri D.Qorqud küçəsi bina 10 mənzil 1 sakini Həşimov Vasif Maarif oğlu tərəfindən

ŞİKAYƏT

Bu şikayətimdə yazıb Sizə bildirirəm ki, Ucar rayon Mərkəzi Xəstəxanasında özbaşınalıq qanunsuzluq baş alıb gedir.Nəticədədə mənim kimi çoxlu sayda vətəndaşlar əziyyət çəkir qanunsuzluqla üzləşir.
Mənim uşağım 28.01.2022-ci il taridə anadan olmuş Həşimov Cahid xəstələndi deyə 12 mart 2023-cü il tarixdə Ucar rayon xəstəxanasına apardım.Orada həkim Fəzayıl Əliyev düzgün müalicə apara bilmədi.Beləki qızdırması yüksək olan xəstə uşağıma iynə vurdular deyə o komaya düşdü. Bundan sonra uşağa işlənmiş tibbi ləvazimat vasitəsi ilə sistem qoşdular.Mən buna irad bildirəndə mənimlə kobud rəftar edib özlərinə haqq qazandımağa çalışdılar.
Ucar rayon xəstəxanasının həkimlərinin savadsız olmasını görüb xəstə uşağımı tez Yevlax rayon xəstəxanasına aparmalı oldum.Orada xəstə uşağıma tibbi yardım göstərib sağaltdılar.Ucar rayon xəstəxanasında özbaşınalıqlar qanunsuzluqlar hökm sürür.
Mənim kimi çoxlu sayda insanlar buna görə qonşu rayonların xəstəxanalarına üz tuturlar.İnsanlar arasında kütləvi narazılıqlar var.
Hazırda körpə uaşağımın səhəti normal deyil. Çünki həmin günü hepatitli xəstəyə qoşulmuş iynəni mənim uşağıma istfadə ediblər.Buna görə uşağım hepatitə yoluxub.Bu isə həkim səhlənkarlığı cinayəti hesab olunur.
Üzləşdiyim qanun pozuntusu barədə Ucar rayon prokurorluğunda araşdırma aparılasada hələ qərar qəbul edilməyib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdan və sədri Zaur Əliyevdən xahiş edirəm şikayətimi yerində mənim iştirakımla araşdırıb səhlənkarlğa yol verib cinayət əməli törətmiş tibb işçilərinin barəsində qanunu və ciddi tədbirlər görəsiniz
TEREF.AZ oalraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.