AZEX adlı karqo şirkəti xanım jurnalistə qarşı dələduzluq edir - TƏFƏRRÜAT
5-04-2023, 10:38
Bakının Cəfər Cabbarlı küçəsində mərkəzi ofisi olan AZEX adlı karqo şirkəti tanınmış jurnalist Samirə Səfərovaya qarşı dələduzluq edir. Samirə xanım Azinforum.az-a açıqlamasında bildirib ki, 3 ay əvvəl bu şirkət vasitəsilə Türkiyədən yataq dəsti gətirmək üçün 97 manat vəsait ödəyib. AZEX nə malı müştəriyə təhvil verib, nə də ödənilən vəsaiti geri qaytarır. Hətta müştəri kodu Z95305 olan Samirə xanımın telefon zənglərinə belə cavab vermir. Xanım jurnalist bildirdi ki, AZEX bu özbaşınalığı davam etdirsə, hüquq mühafizə orqanlarına müraciət edəcək.
TEREF.AZ Azinforum.az-a istinadla şikayəti özündə əks etdirən videomaterialı təqdim edir: