Zakir Fərəcov Eldar Mahmudova 4 milyon manat olan villa hədiyyə edib? - Qalmaqallar onu bitirir

6-04-2023, 10:28           
Zakir Fərəcov Eldar Mahmudova 4 milyon manat olan villa hədiyyə edib? -
Ötən günlərdə Sumqayıtın icra başçısı Zakir Fərəcovla bağlı bəzi məlumatlar vermişdik. Bildirmişdik ki, icra başçısı Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbovla əlaqələrinin ortaya çıxmasından ciddi narahatdır. Hətta yaxın adamlarına belə bu barədə danışmaq, mediada məlumat gedərsə, dərhal qarşısını almağı tapşırıb. Amma nə Zakir Fərəcov, nə də onun yaxınları Vasif Talıbov məsələsinin icra başçısının yuxusunu ərşə çəkməsi ilə bağlı heç bir məlumat vermirlər.

Hətta yaxın adamları bu qorxunun konkret olaraq nədən qaynaqlandığı barədə elementar bilgiyə sahib olmadıqlarını da deyirlər. Maraqlı məqam odur ki, Zakir Fərəcov özündən yüksək vəzifə sahiblərinə hər zaman əliaçıq olub. Onun müxtəlif vaxtlarda, müxtəlif nazirlərə bahalı hədiyyələr verməsi də sirr deyil. Məsələn, hələ 10 il öncə Faərəcovun ləğv edilmiş MTN-in keçmiş rəhbəri Eldar Mahmudova unikal, həm də dəyəri 4 milyon manat olan villa hədiyyə etməsi bunlardan biridir. Belə ki, Pirşağıda inşa edilən bu villanın unikallığı ondan ibarətdir ki, tikili general furajkası şəklindədir. Yuxarıdan baxdıqda general papağının aydın göründüyü deyilir.

Həmin vaxt, daha doğrusu, Mahmudovun biabırçı şəkildə işdən çıxarılmasından sonra bu məslə üzə çıxsa da, icra başçısı bir təhər yaxasını qurtara bilmişdi. O, bu addımını səlahiyyətli şəxslərə Mahmudovun onu sıxışdırması və məcbur etməsi ilə əsaslandırmışdı. Hərçənd hamı onun niyə belə bir bahalı hədiyyə verməsinin səbəbini yaxşı bilirdi. Çünki bu hədiyyəsindən sonra Fərəcovun yaxın qohumlarının MTN-də işə düzəlməsi ilə yanaşı, onun bir çox həll olunmayan işlərinin yoluna düşməsinə nail olmuşdu.

Güman edilir ki, Zakir Fərəcovu Vasif Talıbovla bağlayan əsas səbəb və qorxuya düşməsi də bununla bağlıdır. Yəni, Fərəcov Talıbova da olduqca bahalı hədiyyə edib. Lakin bu hədiyyənin ölkə daxilində deyil, xaricində verildiyi ehtimal edilir. Talıbovun oğlu Seymurun adına Gürcüstan və ya Türkiyədə bahalı obyektlərdən birinin hədiyyə olunması müzakirə predmetlərindən biridir. Lakin bu müzakirələrdə konkret olaraq hansı obyekt və ya obyektlərdən söhbət getdiyi bilinmir. Maraqlı məqamlardan biri də odur ki, Fərəcovun belə bahalı hədiyyə təqdim etməsi Vasif Talıbovun görəvdən alınmasından çox az əvvəl baş verib.

İddia edilir ki, hədiyyə təqdim etmə prosesi ötən ilin sentyabr-oktaybr aylarına təsadfüf edib ki, bu da uzaq tarix olmadığından Fərəcovu qorxuya salmağa başlayıb. Diqqətçəkən bir məqamı da vurğulayaq ki, Zakir Fərəcovun son zamanlar iri borca düşməsi, bu səbəbdən də Sumqayıt şəhərində abadlıq işlərini həyata keçirən sahibkarların pullarını verə bilməyib. İddialara görə, bu borcun ümumi məbləği 46 milyon manatdır. Borc sahibləri arasında isə yerli sahibkarlarla yanaşı, çinli və türk iş adamlarının olduğu deyilir. Bundan başqa, Zakir Fərəcovun sahibkarlara külli miqdarda borcunun olması barədə də qeyd etmişdik. Fərəcov Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina edir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir.

Borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib. Sahibkarlar bununla bağlı dəfələrlə dövlət başçısına, lazımi qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib. Fərəcov isə qəbul etdiyi sahibkarları yola vermək üçün müxtəlif variantlardan istifadə edir.

Şikayətçilər bildirirlər ki, ümumi sahəsi 105 hektar olan Sumqayıt Bulvarının inşasına 2016-cı ilin martında başlayıblar. İlkin mərhələdə 624 nəfər canlı qüvvə, onlarla texnika cəlb olunub. Deyilən vaxtda isə işlər tam təhvil verilib. “Etibar ləyaqətin ölçüsüdür. Zakir Fərəcov isə bu etibardan sui-istifadə edərək illərdir bizi süründürür, incidir, hədələyir, təhqir edir, qorxudur, yalan vədlərlə başımızı qatır. Biz iş adamı olaraq onu sözündə, əməlində ciddi vəzifə məmuru olaraq qəbul etmişdik. Zakir Fərəcovun yalan vədlərinə inandıq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan tikinti materiallarını tanıdığımız, bizə etibarı olan iş adamlarından götürdük. Aramızda olan inam böyüklüyünə söykənərək onların dəstəyi ilə tapşırılan işləri, verdiyimiz sözü yüksək səviyyədə yerinə yetirdik”.

İş adamları dövlət başçısına ünvanladıqları şikayət məktubda deyirlərki, işə ilk başladıqlarında onlara veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. “Sonra A.Xudadatov öz dili ilə etiraf etdi ki, tikinti üçün ödədiyi pulları şəhərdə fəaliyyət göstərən iş adamlarından, idarə, müəssisə və təşkilatlardan yığaraq ödəyir. Çünki, biz materiallar üçün maliyyə vəsaiti tələb etdikdə, o pulların hələ yığılmadığını bildirirdi. Biz başladığımız işin fasilələrə dayanmaması üçün tanış iş adamlarından nisyə tikinti materialları götürürdük, həmişə etibarımızı saxladığımıza görə inanırdılar və etiraz etmirdilər. Kompleksdə çalışan işçi qüvvəsinin məvacibi isə güc-bəla ilə daxili imkanlar, imkanlı dost-tanışların köməkliyi sayəsində ödənilirdi”.

Bütün bunlarla yanaşı, Zakir Fərəcovun malik olduğu sərvətin də siyahısının yayılması işi lap düyünə salıb. Meydan.TV-nin yaydığı həmin məlumatda qeyd edilir ki, Fərəcovun çoxlu sayda mülkləri, obyektləri və ciddi gəlir mənbələri var. TV bildirir ki, icra başçısı maaşı ilə bu qədər əmlaka sahib olmaq mümkün deyil. Ona görə də, onun mülkləri ilə bağlı araşdırmanın zəruriliyi vurğulanıb. Mənbə onu da bildirir ki, indiki həssas məqamda Zakir Fərəcovdan bu qədər şikayətin olması hakimiyyət dairələrinə də sərf etmir. Ona görə də, Fərəcovun Sumqayıtın icra başçısı vəzifəsindən azad edilməsi real görünür.

AZƏRBAYCANREALLIĞI.COM












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.