20 saylı məktəbdə BAZAR AÇIBLAR... - BELƏ HARA GEDİRİK?

8-04-2023, 09:16           
20 saylı məktəbdə BAZAR AÇIBLAR... -
Bakı şəhər A.Hüseynzadə adına 20 №-li məktəb-lisey təhsil adına rəzalət yaşanır, desək,yəqin yanılmarıq.

Dunyaninsesi.Az saytının redaksiyasına verilən məlumatda iddia edilir ki, məktəbin rus bölməsinin 4F sinfinin ibtidai sinif müəllim Zümrüd Abbasquliyeva müəllim adına yaraşmayan hərəkətləri ilə valideynləri təngə gətirib. Belə ki, bu müəllim ağına-bozuna baxmadan ürəyi istədiyi vaxt sinifdən pul yığır. Onun sonuncu “maliyyə əməliyyatı”nın məbləği şagird başına 50 manat civarında olub. Hələ bu azmış kimi etiraz edən valideynləri özlərinə məxsus üsullarla “cəzalandırırlar”. Konkret desək, pul verməkdən boyun qaçıranların uşaqları sinifdə sıxışdırılır və direktorun əli ilə həmin şagirdlər Zümrüd Abbasquliyevadan alınıb başqa siniflərə mədəni”sürgün” edilir.

İbtidai sinif müəllim Zümrüd Abbasquliyeva yığıdığı pulu 50 manatla yekunlaşdırsa dərd yarı olar.Amma o, əlavə olaraq 10 manat da tələb edir.Rəqs pulu, nə bilim,restoran pulu, başqa rəqs istəyənlər üçün əlavə pul və s…

Məlumatı göndərən mənbə onu da iddia edir ki,Zümrüd Abbasquliyeva 20 №-li məktəb-liseyin direktoru tərəinfdən himayə olunur.Ona görə də istədiyi hərkəti edir.

Məktəbin yeni açılmış votsap qrupundakı pul yığma əməliyyatının yazışmasını təqdim edirk:


Ali təhsilli müəllimlərin başdan-ayağa orfoqrafik və üslub səhvləri ilə dolu olan yazışmaları isə başqa bir dərddir.

Maraqlıdır, görəsən,Elm və Təhsil Nazirliyi , yaxud da Bakı Şəhər Baş Təhsil İdarəsi bu biabırçlığıa son vermək üçün hüquqi addımlar atacaqmı?

Tərəflərin mövqeyini və açıqlamalarını dərc etməyə hazırıq.

Onu da qeyd edək ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub və nəticədə 10 nəfər şagirdin zəhərlənib.Faktı Bakı Şəhər Baş Təhsil İdarəsi də, TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası da təsdiq edib.

Görəsən, bu da təsadüfdür,yoxsa məktəb rəhbərliyi təhsil müəssisəi ilə bazarı dəyişik salıb? //Dunyaninsesi.Az//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.