Macara İstirahət Mərkəzi İkinci Nüqədi kəndinin sakinlərinin günün niyə qara edib? - Yolu bağlayıblar, kanalizasiya....
10-04-2023, 00:04
Quba rayonunun ikinci Nüqədi kəndinin yaxınlığında yerləşən Macara İstirahət Mərkəzi demək olar ki, kənd sakinlərinin gününü göyə sovurub. Belə ki, şəkildə göstərilən yol kənd sakinlərinin üzünə bağladıqları azlıq edirmiş deyə kanalizasiyasının axıntılarını kəndiçilərin həyətyani ərazilərini suvardıqları suya buraxırlar. Əlavə olaraq onun da şahidi olduq ki, illərdir Qubalıların istirahət etdikləri və istifadə etdiyi Çənlibel Gölünü də sakinlərin əlindən alaraq onlar üçün pullu xidmət yaradaraq rayon sakinlərinin narazılıqlarına səbəb olublar. SOCAR da kiməsə məxsus olduğu bildirilən Macara İstirahət Mərkəzi Qubalıların kütləvi narazılıqlarına səbəb olacaq addımlarını atmaqda davam edir. Bunun üçün də lazımı qurumların hərəkətə keçməsini Qubalılar səbirsizliklə gözləyirlər. Nəsimi Quliyev Teref.az