AQTİ-də işçilərə geyim qadağası - BU NƏDİ BELƏ?
30-07-2023, 11:28
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yeni rəhbəri Əli Nəbiyev təmsil etdiyi qurumda işçiləri üçün yeni qaydalar tətbiq edib. TEREF.AZ JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, həmin qaydalara əsasən AQTİ-də çalışan xanım və kişi işçilər işə gələrkən, istədikləri kimi geyinə bilməzlər.
Əldə elədiyimiz məlumata görə, Nəbiyev institutun bütün şöbələrində və filiallarda dresskod təyin edib. Onun tapşırığına əsasən qadınlar işə ağ köynək və qara yubkada gəlməlidir. Rəngli paltar geyinmək isə qadağan olunub.
Mənbəmiz bildirir ki, Əli Nəbiyevin tapşırığına əsasən rəngli paltar geyinənlər işə burxılmır. “Yalnız ağ və qara rənglərə icazə verilir. Rəngli paltar geyinənlər işə buraxılmır. Məsələ ondadır ki, onsuz da hamı işdə ağ xalat geyinir. Evdən işə necə gedib, gəlməkləri, saç düzümü və geyim tərzi ilə bağlı göstərişlər insanlarda narazılıq yaradıb”.
Maraqlıdır ki, AQTİ-nin rəhbəri analoji qadağanı kişilər üçün də tətbiq edib. Onlar da qara və ağ paltardan başqa heç nə geyinə bilməzlər.
AQTİ-nin işçiləri arasında belə bir söz də yayılıb ki, Əli Nəbiyev ixtisasca hüquqşünas olduğundan, yeni qanunlar qəbul etməyə maraqlıdır.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.