Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində araşdırmalar aparılır

17-04-2024, 10:28           
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində araşdırmalar aparılır
Elm və Təhsil Nazirliyinin daha bir regional idarəsinin başı dərddədir.
Məlumatlı mənbələrdən Tribunainfo.az-a daxil olan informasiyada qeyd olunur ki, hüquq-mühafizə orqanları Gəncə – Daşkəsən Regional Təhsil İdarəsində yoxlamalar aparır.

Bir həftədir davam edən yoxlamalarda regional idarənin fəaliyyətində bir sıra ciddi pozuntular aşkarlanıb.
Regional idarə rəisinin fəaliyyəti dövründə ciddi maliyyə nöqsanlarına yol verdiyi, eyni zamanda, kadr siyasəti ilə bağlı bir sıra ciddi pozuntuların olduğu aşkarlanıb.

Bildirilir ki, hazırda idarə rəisi Anar Qədiməliyev barəsində şikayətlər araşdırılır.

Qeyd edək ki, bundan əvvəl də Elm və Təhsil Nazirliyinin yeni təyin olunmuş Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri korrupsiya əməllərinə görə həbs olunub.
Onu da qeyd edək ki, Elm və Təhsil Nazirliyinin regional idarələrinin rəisləri ilə rayon-şəhər icra hakimiyyəti başçılarının rəhbərləri arasında da münasibətlər gərgindir.
Haqqında araşdırma aparılan Anar Qədiməliyevin də Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə münasibətlərinin soyuq olduğu qeyd olunur. Bu iddialarla bağlı adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.