İcra başçısının 110 min manatlıq yolu... FOTO
17-04-2024, 16:40
Ağcabəd irayon Taxtakörpü ərazisindəki Canavarlı obasından Qara ağac oobasına 3 km uzunluğunda yol çəkilməliydi...
Biz çəkilməliydi, yazırıq, əslində sənədlərə görə bu yol çəkilib və 3 km-lik bu yola nə az, nə çox, 109000 pul ayrılıb. Amma şəkillərdən də görünür ki, bu yola 110 min manatın 10 faizi belə sərf edilməyib.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçınlılar üçün salınan “Qayğı” qəsəbəsindən Poliqon-a daxil olan şikayət məktubunda bildirilir ki, Taxtakörpü ərazisindəki Canavarlı obasından Qara ağac oobasına 3 km uzunluğunda yol çəkilməliydi və bu yolun elan olunan tender satışından da məlum olur ki, yolun çəkilişi üçün 109 291 manat ayrılıb. Lakin Laçın rayon İcra Hakimiyyəti ancaq yolun bir hissəinə çınqıl tökməklə kifayətlənib.
Sakinlər bildirirlər ki, ayrılmış vəsaitə Qara ağac obasında cəmi 300 metr ara yol çəkiblər. Bunun üçünsə 4 gün ərzində yola 70 maşin çınqıl tökülüb.
Sakinlər qeyd edirlər ki, bir maşın çınqıl Ağcabədidə 130 manata satılır və bu halda yola çəkilən xərc də cəmi 9100 manat edir. Əlavə 300 metr xam yola da çınqıl tökülüb. İndi isə həmin ərazidə çınqıldan əsər belə qalmayıb.
Şikayətçilər həmçinin onu da bildirirlər ki, sakinlər qapılarına öz pullarıyla çınqıl tökdürüblər. Lakin icra hakimiyyəti həmin çınqılları da sənədləşdirərək öz adlarına çıxıblar.
Bununla bağlı sakinlər haqlı edərək sual edirlər ki, ilkin vəziyyətində olan yola ayrılan 110 min manat vəsait hara yoxa çıxıb?
Biz də bu sualla Laçın rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət etdik. Lakin sorğumuza cavab ala bilməmişik.