Lənkəran Qeydiyyat İmtahan və Texniki Baxiş idarəsində açiq bazardir - pulunu ver şəklini çəkdir İDDİA

30-05-2024, 08:14           
Lənkəran Qeydiyyat İmtahan və Texniki Baxiş idarəsində açiq bazardir -
Hormətli redaksiya. 6 dəfə DİN-inin 102 çağri mərkəzindən komək istəmişəm amma xeyri olmayib. BDYPİ-nin 902 qaynar xəttinə umumiyyətlə düşmək olmur. Ümüd yeri ancaq sizsiniz. Xahiş edirəm mənim məsələmin həllində köməklik edəsiniz. Çünki bu məsələ tək mənim yox, yüzlərlə vətəndaşa yaşadilan problemdir.
Belə ki, bu sirr deyil ki, Lənkəran Qeydiyyat İmtahan və Texniki Baxiş idarəsində açiq bazardir - pulunu ver şəklini çəkdir. Avtomobillərin texniki baxişi üçün 100 azn, suruculuk vəsiqəsi (BC) 1100 azn, D kateqoriyasi 1700 azn, avtomobili addan-ada keçirmək 200-350 arasi.
23 may 2024-cü ildə mənə məxsus olan minik avtomobilimi texniki baxişdan keçirmək üçün həmin mərkəzə yaxinlaşmişam. İdarənin əməkdaşi olan polis çavuşuna 90 azn pul və texniki şəhadətnaməni uzatmişam. O bildirdi ki, texniki baxiş 90 yox 100 azndir. Daha sonra avtomobilin motorxanasina baxiş keçirdi və bildirdi ki, muhərrikin nomrəsində problem var buna gorə əlavə 600 azn pul verməlisən əks halda avtomobil həbs olunacaq. Məndən texniki şəhadətnaməni və şəxsiyyət vəsiqəmi alib ozundə girov saxladi və mən də getdim pul axtarmağa. Nəticədə 600 azn tapa bilmədim. İndi isə sənədlərim girov qalib. Əlavə olaraq onu da qeyd edim ki, idarə konkret olaraq 102 çağri mərkəzini ciddiyə almir və heç bir qurumdan da çəkinmir. Əks halda orada açiq aşkar bazar açmazdilar. 2018-ci ildə mən həmin avtomobili elə bu idarədə adima rəsmiləşdirmişəm və o vaxt texniki şəhadətnaməyə muhərrik nomrəsi olan bölmə boş saxlanmişdir ki, gələcəkdə özləri üçün "yem yeri" olsun.
Xahiş edirəm bu məsələnin ictimailəşdirməsində və aidiyyati qurumlarin bu özbaşinaliğa qarşi tədbir görülməsinə koməklik edəsiniz! Bu idarə kimə tabeçilik göstərir mən bilmirəm amma fakt odur ki heç kim onlara baş qoşa bilmir.
Hormətlə: Rac Kerimov,
Masalli rayon sakini.
Redaksiyamız qarşı tərəfində mövqeyini dərc etməyə hazırdır!
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.