Ali Məhkəmənin işə baxmadan “işə baxması” absurdluğu sürür

31-05-2024, 12:24           
Ali Məhkəmənin işə baxmadan “işə baxması” absurdluğu sürür
Ali Məhkəmənin işə baxmadan “işə baxması” absurdluğu sürür

Dövlət hakimiyyətinin “ASAN MƏZHƏKƏ” xidməti”

İnam Kərimovun Ali Məhkəməyə sədr təyin edilməsi daha çox “ASAN xidmət” sistemindəki rolu ilə bağlanırdı. Bu xidmətdəki şəffaflığın, əlçatanlığın məhkəmə sisteminə tətbiqinin gerçəkləşəcəyi gözlənilirdi. Bir ili keçən təcrübə isə tam əksini ortaya qoyub. Son bir ilə kimi, hörmətli İnam bəy Ali Məhkəmə sədri postunda əyləşənə kimi ali instansiyaya online rejimdə ASAN müraciətlər etmək, qəbula yazılmaq olurdu. Bir ildir bu ASAN müraciətlərə texniki qadağa qoyulub. Bütün müraciət prosedurlarından uğurla keçirsən, di gəl, “göndər” düyməsini basanda “uğurlu göndəriş” alınmır, elə “fır-fır fırlanır”.

Ali Məhkəmənin “ali məzhəkəsi” bununla bitmir. Məhkəmə hakimiyyətinin işə baxmadan “işə baxıb”, birbaşa birinci instansiya məhkəməsinə qaytarması “aliliyi” hələ də sürür. Başına gələn başmaqçı olar, deyiblər. Bakı İnzibati Məhkəməsinin ( h. Orxan Həsənov) 22.12.2022 tarixli iddianın mümkün sayılmaması haqqında 2 qərardadından şikayətə Bakı Apellyasiya Məhkəməsinin eyni heyəti ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov) 8 (?) dəfə hakim təyin edilib və hamısında da dövlət hesabına vəkillə təminatdan imtina edilib ki, Konstitusiya ilə təminat verilən məhkəmə müdafiəsi , hüquqi yardım HÜQUQUNDAN SUİ-İSTİFADƏ edilir.(?) Ali instansiya ( Nigar Rəsulbəyova, İlqar Hüseynov, Kəmaləddin Bədəlov) da bu “hüquqdan sui-istifadəni” 2 dəfə (?) qanuni sayıb, kassasiya şikayəti verməkdən vəkildən imtinanı Avropa Məhkəməsinin presedent hüququ (?) ilə “əsaslandırıb”. Yəni kasasiya şikayətinə vəkil qadağası qoyulduğundan şikayət verilməyib. Amma ali instansiyanın eyni heyəti iki ayrı sədrliklə “işə baxıb” birbaşa birinci instansiya məhkəməsinə qaytarıb. Yeri gəlmişkən, hər 2 qərardaddan, Konstitusiyanın 130-cu maddəsinin V hissəsi və “Konstitusiya Məhkəməsi haqqında” qanunun 34 və 35-ci maddələrinə əsasən, Konstitusiya Məhkəməsinə (KM) şikayət verilib. KM-ə qıraqdan basqı olmasa, Konstitusiyanın 60, 61-ci maddələrinin tələblərinin pozulmasına görə Ali Məhkəmənin aktlarının qüvvədən salınacağı şübhəsizdir. Onu da vurğulayaq ki, Bakı Apellyasiya Məhkəməsinin eyni heyəti ( Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov (23.04.2024-cü ildə Mehriban Qarayeva ilə əvəzlənib) 9-cu dəfə eyni işə hakim təyin edilib və etiraza, dövlət hesabına vəkillə təminat haqqında ərizələrə baxmadan yekun qərardad çıxarıb. Bu qərardaddan kassasiya şikayəti verməyə 40 günə yaxındır ərizə verilsə də, hələ də cavab verilmir. Bakı Apellyasiya Məhkəməsinin texniki heyəti bildirib ki, 25.04.2023 tarixli vəkildən imtina qərardadı qüvvədədir və PREYUDİSİAL AKT , KONSTİTUSİYA AKTI gücündədir. Ali Məhkəmə isə 10 günlük şikayətvermə hüququnun olduğunu 40 gündür bildirməkdən yorulmur. Belə getsə, bu yol Konstitusiya Məhkəməsinə məhkəməyə müraciət hüququnun pozulmasından şikayət veriləcək. Ona da baxılmasına qadağa qoyular yəqin.

Ali Məhkəmənin İnzibati Kollegiyası isə Konstitusiyanın 60, 61-ci maddələrini qərəzli sifarişlə pozmaqdadır. Bakı İnzibati Məhkəməsinin (h. Bəhlul Cəlalov) 1-ci dərəcəli Qarabağ əlili iddiaçı XƏSTƏXANADA yatarkən vicdanını yatırıb, iddianı mümkün saymaması və hüquqi yardımdan imtina haqqında qərardadından şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin İK-sının ( Aytən Oruczadə, Cahangir Yusifov (?-M.B.), Cəmilə Musayeva) yenə də “vicdan yatışı” ilə 1-ci dərəcəli Qarabağ əlili XƏSTƏXANADA yatanda dövlət hesabına vəkildən imtina barədə qərardad qəbul etməsini ali instansiyanın eyni vicdansızlıqla qanuni sayması məhkəmə hakimiyyətinin məzhəkəli durumunu ortaya qoyur. Vicdansızlığa, Konstitusiyaya tüpürməyə baxın, Ali Məhkəmənin İK-sının hakimi Səyyad Kərimov dövlət hesabına vəkil ayrılmasından imtina qərardadından şikayətə baxma müddətini 6 aya çatdırıb, 1-ci dərəcəli əlilin çoxsaylı şikayətlərinə cavab olaraq Aida Hüseyn 30.04.2024-cü ildə sədr edilib və bir gün içində kassasiya şikayətini Səyyad Kərimov və Rahib Nəbizadə ilə birgə mümkün saymayıb. Heç demə, əvvəlki vəkilin tərtib etməməsi yox, müddətin ötürülməsi “əsası” ali rol oynayıb”. Ali saxtalığa baxın, apellyasiya instansiyası 24.11.2023 tarixli qərardadla 1-ci dərəcəli əlilə kassasiya şikayəti verməyə dövlət hesabına vəkil ayrılmasından imtina edib. Bu imtina qərardadından kassasiya şikayəti verməyə 28.11.2023-cü il tarixli ərizəyə Aytən Oruczadə 07.12.2023-cü ildə cavab verib ki, vəkildən imtina barədə aktdan kassasiya şikayəti vəkilsiz də verilə bilər. 1-ci dərəcəli Qarabağ əlili də 11.12.2023-cü ildə, yəni 4 günə sistemdən şikayətini təqdim edib. İndi Ali Məhkəmənin İnzibati Kollegiyası ( Aida Hüseyn, Səyyad Kərimov, Rahib Nəbizadə) 6 aydan sonra 10 günlük şikayətvermə müddətinin ötürüldüyünü qərara alıb, kassasiyanı mümkün saymayıblar. Bu qərardadla işə kassasiya qaydasında baxılmasına da qadağa qoyulub, yəni nə şikayət verilib, nə də verilməyən şikayətə baxıla bilməzliyinə baxılıb. Ali Məhkəmə işə baxmadan “işə baxıb”, birbaşa birinci instansiyaya (h. Bəhlul Cəlalov) qaytarıb. Onu da vurğulayaq ki, Bəhlul Cəlalov hələ də 9-cu aydır dövlət hesabına vəkil ayrılmasından imtina haqqında qərardadından 1-ci dərəcəli əlilin apellyasiya şikayətini İPM-ə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinə göndərməkdən imtina edir.

Hələ də məhkəmə hakimiyyətinin işə baxmadan “işə baxması” absurdluğu sürür. Haçanacan?

Məğrur Bədəlsoy
/paralel.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.