ƏN-in Xətai icra şöbəsi 1-ci dərəcəli gözdən əlilin pensiyasını yarıqat edib İcra məmurlarının «İcra haqqında» qanundan xəbərləri yoxdur?!

2-06-2024, 10:59           
ƏN-in Xətai icra şöbəsi 1-ci dərəcəli gözdən əlilin pensiyasını yarıqat edib
«İcra haqqında» Azərbaycan Respublikası qanununun Ədliyyə Nazirliyinin
icra baş idarəsinin, icra və probasiya şöbələrinin «baş qanunu» , stolüstü
kitabı olması kimə gizlin olsa da, icra məmurlarına gizlin olmasın gərək.
Nədən qanundan xəbərsizliklə necə icra hərəkətləri aparıla bilər, necə
insan taleləri ilə oynamaq olar?
Sözügedən qanunun 68-ci maddəsi tələbin yönəldilməsinə yol
verilməyən pul məbləğləri haqqındadır. 68.1.2 maddəsinə görə,
TƏLƏB xidməti vəzifəsini yerinə yetirərkən xəsarət almış şəxslərə,
həmin şəxslər həlak olduqda (öldükdə) isə onların ailə üzvlərinə ;
68.1.3 maddəsinə görə, orqanizmin funksiyasının 81-100 faiz
pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, yəni 1-ci
dərəcəli əlillərə ödənilən pul məbləğlərinə YÖNƏLDİLƏ BİLMƏZ.
Qanun hərbi, xidmət əlillərinin , eləcə də 1-ci dərəcəli əlillərin
pensiyalarının borc adına toxunulmazlığını təsbit etsə də, icra
məmurları bu toxunulmaz məbləğə ən yuxarı 50 faizlə «toxunur»!
Özü də pensiyanın ödənildiyi banka məktub verməklə.(?) Bank da ağına-
bozuna, doğru-yalana baxmadan, icra məmurunun qanunsuzluğunu
Konstitusiya aktı gücünə mindirir. Halbuki bankın dövlətin pensiyaçıya
ödəməyə əmanət etdiyi pulu başqasına vermək səlahiyyəti, vəzifəsi
yoxdur. Pensiyaçının pulunun borc adına tutulması yalnız onu ödəyən
qurum vasitəsilə edilə bilər. Pensiyanı ödəyən qurum – DSMF isə xidmət
əlillərinin, 1-ci dərəcəli əlillərin pensiyasından borc adına məbləğ
tutulmasının yolverilməzliyini bildiyindən, icra məmurları birbaşa banklarla
qanunsuz məktublarla qeyri-prosessual əlaqəyə girirlər.
Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 21, m. 37-də qeydiyyatda olan
1-ci dərəcəli gözdən əlil Bədəlov Zahid Xanmalı oğlunun 300
manat civarında olan pensiyası may ayında 50 faiz az ödənilib. Anında
DSMF-lə bağlantı quran əlilə pensiyanın tam məbləğdə Beynəkxalq
Bankdakı hesaba köçürüldüyü deyilib. Beynəlxalq Bankdan isə pensiyanın
icra məmurunun göstərişi ilə tutulduğunu bildiriblər. Bankın əmanətə
xəyanət etməsi göz qabağındadır. Ən azı, bank DSMF ilə bağlantı qurub,
bilgi verməli , Fondun razılığını suruşmalı idi. Axı pensiya məbləği bankın
yox, dövlətin (DSMF) pensiyaçıya ödədiyi puldur, daşınar əmlakdır ! Bank ,
sadəcə, vasitəçidir, dövlət kimə ünvanlayıbsa, ona da ödənməlidir. Elə bil,
poçtla göndərilən baratdır, puldur , poçt bu baratı, pulu başqasına verə
bilər?
1-ci dərəcəli gözdən əlilin ali dövlət hakimiyyəti, hüquq orqanlarına,
Ombudsmana, Ədliyyə Nazirliyinə şikayətlərinə ƏN-in icra baş idarəsinin
aparıcı məsləhətçisi Güney Hadıyevanın Xətai rayon icra şöbəsinin rəis
müavini Vüqar Hüseynova (nəzarət üçün) göndərdiyi 20.05.2024-cü
il tarixli cavab da olduqca ilgincdir. Məsləhətçi xanım 1-ci dərəcəli
gözdən əlilin « II qrup əlil olduğunun, 311.36 manat pensiya
aldığının müəyyən edildiyini» bildirib və (qanunsuz- M.B.) icra
hərəkətlərinin davam etdiriləcəyini vurğulayıb. Cavabın qanunsuzluğu,
ilgincliyi ondadır ki, dövlətin (TSEK-inin) verdiyi sənəddə, reyestrdə
pensiyaçının 1-ci dərəcəli gözdən əlil olmasını görməmək mümkün
deyil. Bəs bunu görməyə icra məmurlarına nə mane olur? Belə görməzliklə
gözdən əlilin pensiyasını yeməyi (davam etdirməyi) kim götürsə də, Allah
götürərmi?
Yəqin bağlantılı qurumlar icra şöbələrinin özbaşınalığına son qoymaqda
çətinlik çəkməz.
Məğrur Bədəlsoy













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.