“Azərlotereya”nın qumar monopoliyası – Necə aldadılırıq?

5-06-2024, 09:47           
“Azərlotereya”nın qumar monopoliyası – Necə aldadılırıq?
Rəsmi statistika görə son 3 ildə Azərbaycanda vətəndaşlar lotereya alışına 563 milyon manata xərcləyib. Bu, real vəziyyəti nə qədər ifadə edir, şübhəlidir. Ehtimal var ki, dövriyyədə daha böyük vəsait var. Uduş fonduna qoyulan pullar yığımın çox az hissəsini təşkil edir ki, bu da tam qanunsuzdur. Lotereya oyunları ən inkişaf etmiş ölkələrdə də oynanılır. Azərbaycanda iki fərqli məsələ var: Lotereya tam monopoliyadadır, ancaq dövlət şirkətinə məxsusdur və oyunlar beynəlxalq standartlara cavab vermir, yuxarıda qeyd olunduğu kimi inhisarçı şirkətin mənafeyini güdür. Nəzarətçi dövlət qurumları müdaxilə edə bilmir, qorxur. Lotereya oyunlarına maraq daha çox vətəndaşların güzəranı, perspektivə inamsızlıqlarından qaynaqlanır.

Bilet alanların mütləq əksəriyyəti kasıb insanlardır. Onlar həyatlarının dəyişməsinin şans, möcüzə olduğuna inanır. Normal sosial, hüquqi düzən olan ölkələrdə belə deyil. İnhisarçı şirkət olan Azərlotereya isə məhz sosial fəlakət girdabında olan insanların durumundan istifadə edərək, hüdudsuz sərvət yığır. “Azərlotereya” uduş fondunun məbləğini gizlədir. Normal lotereyada satılan biletlərin sayından gələn pullar uduş fondunun 80 faizini təşkil edir. Qeyd edək ki, ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-dir.

Diqqət yetirəndə, görürük ki, “Azerlotereya” rəsmi səhifəsində udulan böyük məbləğlər barədə məlumatlar versə də, qalib olan şəxslərin adlarını açıqlamır. Qurumun belə qaranlıqdan xəbər verən hərəkətləri isə əksər insanlarda ciddi şübhələr yaradır. Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, qumarla qarşılaşırsan. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla qumar nöqtələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumarla soyub talamaq və evini yıxır. Bəziləri deyilə bilər ki, “Misli” leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Halbuki küçədə meyvə-tərəvəz satmağa icazə verilmir, amma “Poz qazan” qumarı oynamaq olar?! Buna baxmayaraq, küçələrdə qumar şiddətlə gedir, əksəriyyət də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Ağıllı adamlar bir şey çox düşündürür, görəsən, küçələrdə kasıb təbəqəni qumara cəlb etmək kimlərə lazımdır?! Ölkədə hərə bir lotereya düzəldir, “Poz Qazan”, “Misli.az” yalandanlar deyirlər ki, adını çəkmədiyi qonşusu 20 min udub, xalasıoğlu 40 min udub və sairə.

Lotereya oyunları güclü inkişaf etmiş, əhalisi varlı və zəngin yaşayan Amerikadan tumuş Avropa ölkələrinə qədər dünyanın hər yerində oynanır. Amma cumhuriyyet.net olaraq araşdırmalarımız onu göstərir ki, əhalisinin 80 faizi kasıb həddə yaşayan Azərbaycanda qumar oyunları təşkil etmək xalqı məhv etməyə xidmət edir. Lotoreya oyunlarının prinsipinə görə, qazancın 70-80% uduşa vurulur, yığılan pulun vergisi verilir, 20 faiz qazanc qazanır. “Azərloteriya” ASC isə qazancın 10 faizini uduşa buraxırlar, qalanını isə özü mənimsəyir. “Azərlotoreya”nın “Poz Qazan” lotoreyalarında kuponların arxasında rəqəmlər var, onlar bir-birindən fəqlənir, nəticə öncədən məlumdur.

“Azərlotereya” ASC və onun mərc və digər oyunlarının təbliğatını aparan PR şirlkətlər anlaşdıqları şəxs və ya media qurumları vasitəsilə internet üzərindən yayımlanan rəqiblərini “vurdururlar”. Maraqlıdır ki, ASC bu məqsədlə bir sıra tiktokerlərlə də anlaşıblar. Bu anlaşmanın detalları barədə ayrıca araşdırma olacaq. Hələlik isə onu deyək ki, artıq “qumar bileti” satışları günü gündən göbələk kimi artır. Hətta bəzən metrostansiya qarşıları, səkilər “toçka”larla “həngamə”yə çevrilir. Bəs, “Azərlotereya” ASC-tə bu qədər “toçka” açmağa kim və necə icazə verir? Kimdir bu imkanı ASC-yə yaradan? Məsələ ilə bağlı Bakı şəhər Ticarət və Xidmət Departamentindən mediaya bildirilib ki, müvafiq qaydalara uyğun olaraq səyyar satışa icazə verilə bilər: “Satış üçün xüsusi qaydalar və normalar mövcuddur. Satışı edən şəxs də müvafiq meyarlara uyğundursa, bu zaman şəhərin küçələrində satış edə bilər, lakin insanların gediş-gəlişinə mane olmamaq şərti ilə. Yəni, satışa icazənin verilməsi şəxsin harada gəldi, necə gəldi və nə istəyir onu sata biləcəyi anlamına gəlmir. Hər hansısa bir səyyar satışdan söhbət gedirsə, bütün meyarla uyğun olmalıdır…”.

Milli Məclisin deputatı Vahid Əhmədov isə deyib ki, insanların bu kimi işlərə pul verməməsi üçün kütləvi maarifləndirmə tədbirləri keçirilməlidir: ““Azərlotereyanı türklərə verdilər və bundan sonra kütləvi şəkildə küçələrdə bir çox oyunlar yayılmağa başladı. Onlar da pul qazanmağı nəzərə alırlar. Çünki əhalinin əksəriyyəti bu kimi oyunlarda öz şanslarını sınayırlar, amma təşkilatçılara nə qədər xeyir verdiklərindən xəbərləri yoxdur. Vətəndaşlar inanmasınlar ki, bu şəkildə külli miqdarda qazanc əldə edə bilərlər. Çünki bu, mümkün deyil”.

mia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.