"Azəravtoyol"-un "başbilənlər"indən bir xahiş - "Gəlib burada “Əzablı yollarla” adlı film çəksinlər..."

18-06-2024, 00:08           
"Azəravtoyol"-un "başbilənlər"indən bir xahiş -  "Gəlib burada “Əzablı yollarla” adlı film çəksinlər..."
“Müşfiqabad, 28 may qəsəbəsi, 4-cü, 3-cü paralel Həmrəylik küçəsinin yolları pis gündədir. Nəinki adlarını çəkdiyim küçələr, ətraf ərazilər də heç yaxşı deyil. Sanki bu qəsəbənin sakinlərini yaddan çıxarıblar. Dəfələrlə istər Bələdiyyəyə, istərsə də digər aidiyyatı qurumlara müraciətlər olunub, amma problem həllini tapmayıb. Nəinki problem həllini tapmayıb, ümumiyyətlə heç gəlib baxan da olmayıb. Bütün sakinlərin adından mən danışıram, amma hər birini gəlib danışdırsanız hamısı eyni sözü deyəcək”

Bunu Moderator.az-a açıqlamasında Müşfiqabad qəsəbə sakini Niftalıyev Malik deyib. Qəsəbənin daha bir sakini Hidayət Məmmədov əlavə edib.
“Burada yaşayan bütün əhali əziyyət çəkir. Süni göllər əmələ gəlir. Dizə kimi palçıq olur. Sakinlər ayaqlarına sallafan torba keçirib gedirlər. Yoldan keçən maşınlar çirkab suları insanların üstünə sıçradır. Ən acınacaqlı vəziyyət azyaşlılar məktəbə gedəndə olur. Bir bilsəniz onlar necə əzablı yollarla gedirlər. Burada gəlib bir film də çəkib, adını “Əzablı yollarla” qoymaq olar. Yayda da ayrıca bir əziyyət çəkirik. Yollar asfalt deyil deyə hərəkət edən avtomobillər qəsəbəni toz-torpaq edirlər. Uşaqlar məhəllədə oynamağa salamat yer tapmırlar. Nəzərə alsaq ki, qarşıda hələ payız və qış günləri var, onda aqibətimiz daha pis olacaq” deyə şikayətçi bildirib.
Problemlə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.