Qarabağ əlili DYP-dən qanuna hörmət tələb edir - FOTOFAKT
8-01-2017, 12:41

Bu qanunsuz cavabdır.1-cisi,yenə də deyirəm,heç bir protokol tərtib olunmayıb.Olunsaydı,mənə də,"əlil" maşınının sahibinə də verilməliydi.Hanı bu protokol?Deyirsiniz ki,sənədləşdirilib.Sənədləşdirilibsə,hanı protokol?Protokolu indi verin,məhkəməyə verək.Axı,protokol tərtib olunubsa,sizdə qalmalıdır kötüyü.Belə cavabla qnunsuzluq etdiyinizi göstərirsiniz.Protokol tərtib olunubsa,niyə 9 gündən sonra məhkəmə qərar verib?Baxın,özünüz yazırsız ki,04.12.2013-də hadisə olub,13.12.2013-də məhkəmə maşına aid olmayan məni cərimə edib ki,sürücülük vəsiqəsi yoxdur.Bu cərimə qərarı da sifarişlə vəkilsiz çıxarılıb.Ona görə də hüquqi qüvvəsi yoxdur.Bakı AM(V.Mursaqulov) isə mən xəstəxanada olanda qərarı qüvvədə saxlayıb.İnzibati Xətalar Məcəlləsinə görə belə işlərdə vəkilin iştirakı məcburidir.Mənim isə nəinki vəkilim,heç özümün də iştirakımı təmin etməyiblər.Özü də maşının mənə aidliyi olmaya-olmaya sürücülük vəsiqəsinin olmaması adıyla vətəndaşın cərimə edilməsi məgər onun yol hadisəsində təqsirini sübut edir?.Niyə 10-CK-200-ün sürücüsü alkohol testindən keçirilməyib?Bu adam testdən keçirilməyibsə,deməli,yol polisi Tahir İsgəndərov qanunsuzluq edib və həmin sürücü Fərid Zakir oğlu Hüseynov içkili olub.Bir də bəlkə heç maşını sürən Fərid Hüseynov olmayıb?Maşının yiyəsi Fərid Hüseynovdur,sürən bəlkə o olmayıb?Niyə yol polisi 10-HX-384 nömrəli "əlil" maşınının yiyəsinin Əhmədov Müzəffər olmasına baxmayaraq maşına aid olmayan məni təqsirli sayıb,amma maşını yararsız edən 10-CK-200 nömrəli maşını kimin sürməsini müəyyən etməyib.Niyə hər 2 maşın əzildiyi halda,"əlil" maşını yararsız edildiyi halda,avtotexniki ekspertiza keçirilməyib?Avtotexniki ekspertizasız təqsirin dayanan "əlil" maşınında olmasını necə müəyyən etmək olar?Deməli,qanunsuzluq olub.Siz isə yazırsınız ki,yol polisi qanunsuzluq etməyib.Bir daha deyirəm:Maşının mənə heç bir aidliyi yoxdur və buna görə də mənə cərimə yazılması ciddi qanunsuzluqdur."Əlil" maşını eni 15 metrdən çox olan yolun kənarında xarab olduğundan dayanıb,10-CK-200 markalı Nissan X-trail sürətlə gələrək "əlil" maşınını arxadan vurub 20 metrə atıb.Maşında adam olmayıb.Olsaydı,tikəsi də ələ gəlməzdi.İndi "əlil" maşını metallomluq olub 3 ildir.Bu maşın reabilitasiya amacı ilə verilib.Onun yiyəsi 3 min dollar ziyana düşüb,dövlətə daha çox ziyan dəyib.Di gəl,maşına aidliyi olmayan,xaricdə müalicəyə ehtiyacı olan,düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlilinə-mənə qarşı 400 manatlıq saxta məhkəmə qərarları ilə cərimə tətbiq olunub.Onun artmasını görüb ödəməyim isə "təqsirimi" sübut edib.Belə hüquq olar?Bununla da iş bitmir.Yol Polisi 10-CK-200 ün sürücüsünün sərxoş olmasını ona görə qeydə almayıb ki,sığorta pulu alsın.Mən dövlətin sığortalısı olduğum halda Nissanın sığortaladığı Rəvan şirkəti saxta defekt aktı tərtib edib,məndən 10 min tələb edir!.Heç olmasa,yol polisinin vicdanı varsa,buna etiraz etsin ki,axı yararsız edilən Nissan yox,əlil maşınıdır.Xatırladıram ki,sürücü tesdən keçirilmirsə,özü imtina edirsə,içkili sayılır.Bunu yol polisi bilməsə də,qayda belədir.Elə onda hamı içib maşını əlillərin üstünə sürər və sonra da testdən imtina edər!??Yol polisi də əlili təqsirli sayar ki,əlil sürücülük vəsiqəsi olmadan yola çıxıb.Bir sözlə,mənim tələbim budur:1.Barəmdə qəbul edilən 04.12.2013 tarixli protokol mənə verilsin.Yazırsınız ki,guya e-mailindən yararlandığım M.Bədəllinin e-mailinə göndərilib.Axı,müraciət edən mənəm və poçt ünvanıma göndərilməsini xahiş etmişəm.Niyə vermirsiniz?Deməli,protokol yoxdur.Protokol yoxdursa,cərimə də qanunsuzdur.Lap tutaq ki,M.Bədəlliyə göndərmisiniz,deməli,guya sizdə var ki,göndərmisiniz də.İndi onu barəsində cərimə qərarı,protokol tərtib edilən şəxsə göndərmək belə çətindir?Bir qanunsuzluğu da deyim ki,M.Bədəlliyə yazırsınız ki,maşın Müzəffər Əhmədovundur,əlil maşını satıla bilməz və s.,amma məni maşının yiyəsi kimi cərimə edirsiniz?Bunu necə başa düşək?2.Prokurorluğun İXM-ə zidd olaraq nə özümün,nə də vəkilimin olmadığı halda inzibati cərimə edilməyimə görə protest verməsi təmin olunsun.2 il qabaq Rüstəm Usubov,Nazim Abbasov məni cağırıb söz verdi ki protet veriləcək və iş 1-ci instansiyaya qaytarılacaq.Lakin sonradan 10-CK-200 -ün sürücüsü Fərid Zakir oğlu Hüseynov və digərləri buna imkan vermədilər.
Mənim barəmdə qəbul edilən qərarı,protokolu almaq hüququm var.Odur ki,həmin protokolun gec də olsa mənə verilməsini tələb edirəm.
Sonda onu deyim ki,telefonla guya yol polisindən razı olduğumu deməyim də yalandır.Yol polisinin qanunsuzluğundan 3 ildir gecəm-gündüzüm yoxdur,əlavə xəstəlik tapmışam,şəköərə yoluxmuşam,mənə nə protokol verib,nə də qərarını,deyirsiniz ki,yol polisindən şikayətçi deyiləm.Mən dedim ki,şikayətimə yol polisində baxılmasının əleyhinəyəm.Çünki mənim şikayətim elə yol polisindəndir.Yol polisinin qanunsuzluğuna görə tədbir görülməsini təmin etməyinizi xahiş edirəm.
Hörmətlə,Qarabağ əlili Abbaszadə Xaliq Əvəz oğlu,tel.050,0703276309 Bakı,Suaxanı r-nu,Y.Günəşli,"V massivi,ev 31,m.28 "Əlillər evi"
