ŞİRVANDA YOL POLİSİ ÖZBAŞINALIĞI – Vətəndaşı təhqir edib döydülər + VİDEO

16-01-2017, 00:14           
ŞİRVANDA YOL POLİSİ ÖZBAŞINALIĞI – Vətəndaşı təhqir edib döydülər + VİDEO
Bir neçə saat əvvəl Şirvan şəhərində yol polisi ilə vətəndaş arasında insident baş verib.

Hadisə şahidlərinin Qaynarinfo.az-a verdiyi məlumata görə, yol polisi mayor Məmmədsadıq Nağıyev VAZ 2107 markalı 90 XO 607 nömrəli avtomobili reyd zamanı saxlayıb.

Sürücünün yanında olan sərnişin Anar Məmmədovun yaranan mübahisəni telefonla çəkməsi gərginliyə səbəb olub.

Nəticədə mübahisə böyüyüb və polislərin köməyi ilə sürücü və sərnişin Şirvan Polis İdarəsinə gətirilib.

Polis Şöbəsinin həyətində isə sərnişin Anar Məmmədov mayor Məmmədsadıq Nağıyev tərəfindən təhqir edilərək döyülüb.

Daha sonra həm sürücü, həm də sərnişin müvəqqəti saxlama təcridxanasına salınıb.

Aldığımız digər məlumata görə, saxlanılan sürücü Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan Şirvan Telemexanika zavodunun direktoru Usubağa Məmədovun oğludur.

Aşağıda yol polisi mayoru Məmmədsadıq Nağıyevin polis şöbəsində vətəndaşlarla hansı təhqiredici formada danışdığını əks etdirən video görüntünü təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru