Heydər Əsədov vətəndaşları saymır.--Tanınmış Hüquqşunas yazır.

26-08-2017, 00:45           

Ölkə Prezidenti cənab İlham Əliyev ölkə fermerləri üçün xüsusi güzəştlərin tətbiqi ilə bağlı dəfələrlə sərəncam və tapşırıqlar versədə nədənsə Kənd Təsəruffatı Nazirliyi yerlərdə fermerləri incidərək get-gələ salmaqdadır.
Bununla bağlı tanınmış hüquşunas Tayyar Zulfuqarov sosial şəbəkədə öz səhifəsində Kənd Təsəruffatı Naziri heydər Əsədovu sərt tənqid etmişdir:

"Kənd təsərrüfatı nazirliyindən Ərazi Kənd Təsərrüfatı idarələrinə verilən göstərişə əsasən dövlət ehtiyat fondundan torpaqlarında aparılan buğda məhsulunun əkilib - biçilməsinə görə nəzərdə tutulan hər təkrara görə 90 manat vəsait əkinçilərə verilməyəcək. Bunu Kənd təsərrüfatı ərazi idarəsindən bildiriblər. Lakin əkinçiliyə ssubsudiyanın verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007 ci ildən sərəncamı var. Yanacaq və sürtkü materiallarının alınmasına görə verilən vəsait artıq verilməyəcək. Lakin nazirlik özbaşınalıq etmək fikrindədir. Bu ciddi bir məsələdir. Prezidentin göstərişi nazir üçün qanundur. Nazir Heydər Əsədov deyəsən həddin aşıb və Prezidentin sərəncamın saymır. Heydər Əsədov bu vəsaiti vermək istəmir. Ərazi kənd təsərrüfatı idarələri sənədləri hüquqi və fiziki şəxslərdən qəbul etsə də nazirlik yerli idarələrindən qəbul etmir. Deməli kənd təsərrüfatı nazirliyi torpaq istifadəçilərin narazı salmaq istəyir. Belə səhvə yol vermək olmaz. Bu ölkədə əkinçiliyin və taxıl istehsalının məhv edilməsinə doğru atılan addımdır."












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.