Keşlə icra nümayəndəsi Qara Qarakişiyevin “qara” günləri-İSTEFAYA GEDİR

14-02-2018, 16:31           

6 fevral 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

Yığıncaqda Milli Məclisin deputatları – Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov, İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə və müəssisə, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri iştirak etdilər..

Ölkə iqtisadiyyatının dinamik inkişaf tempinin saxlanılmasında Nizami rayonunun da öz yeri və payı olduğunu söyləyən A.Qasımov 2017-ci ildə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 463,8 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz çox sənaye məhsulu istehsal edildiyini, iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 109,4 milyon manat həcmində, ötən ilin müvafiq dövrünə nisbətən 6,0 faiz çox investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 2258,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 221,0 milyon manat təşkil etdiyini, rabitə sahəsində 370,7 milyon manat dəyərində, ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox, nəqliyyat sahəsində isə 126,0 milyon manat dəyərində xidmətlər göstərildiyini vurğuladı.

A.Qasımov ötən il rayonda 4166 yeni iş yeri açıldığını, ünvanlı sosial yardım alan ailələrin sayının 525 nəfər təşkil etdiyini, özünəməşğulluq proqramına əsasən işaxrtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 23 nəfər cəlb olunduğunu və hal-hazırda fəaliyyətdə olduqlarını bildirdi.

Qeyd edək ki, A. Qasımov sakinlərlə daim görüşən , onların şikayət və tələblərini dinləyən azsaylı məmurlardandı.

Və haqlı olaraq bunu tabeliyində olan məmurlar da tələb edir. Sakinlərin şikayətçi olduqları məmurlar isə başçı tərəfindən cəzalandırılır, yaxud işdən azad edilir.

Azerinfo.az xəbər verir ki, son dövrdə başçının qəzəbinə gələnlərdən biri də Keşlə icra nümayəndəsi Qara Qarakişiyevdir. Hansı ki, bir müddət əvvəl qəsəbədə Şəhidlər Xiyabanı ərazisini qəsb etmək, yerini satmaq istəməsi ilə ölkə mediasında gündəm olmuşdu. Həmin vaxt şəhid ailələri prezidentə kimi şikayət etdilər. Dövlətin nazını çəkdiyi şəhid aiulələrinin kiçik bir məmur tərəfindən incidilməsinin sonu olmalı idi. Görünür bu kimi problemlər icra başçısını təngə gətirib. Keşlə icra nümayədəsi “qara siyahıya” düşüb.

Qara Qarakişiyev özü də bunu gizlətmir və istefaya göndəriləcəyi günü gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.