Bu icra hakimiyyəti “strukturunu” tam sildi - FOTO

16-02-2018, 14:01           
Bu icra hakimiyyəti “strukturunu” tam sildi - FOTO
Laçın Rayon İcra Hakimiyyətinin rəsmi saytında “Aparatın strukturu” bölməsi tamamilə silinib.

Axar.az xəbər verir ki, artıq bir müddətdir icra hakimiyyətinin rəsmi saytında sözügedən bölmədə heç bir məlumat yoxdur. Fəaliyyət göstərən bütün icra qurumlarının rəsmi saytında “Aparatın strukturu” bölməsində icranın bütün şöbələrinin, məsul şəxslərinin adları, vəzifələri və əlaqə nömrələri qeyd edilir.

Laçın RİH-in rəsmi saytında isə həmin bölmə tamamilə boşdur.

Qeyd edək ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun ötən ilin yekunları ilə bağlı açıqladığı siyahıda ən çox şikayət daxil olan rayon icra hakimiyyətləri arasında Laçın RİH-in də adı var.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru