“Mühacirlərin geri qaytarılması ölkəmizdə mənfi və ya müsbət hər hansı prosesə səbəb olmayacaq”
25-11-2019, 10:02
Sərdar Cəlaloğlu: “Söhbət cəmi 200-300 adamın geri qaytarılmasından gedir”
Son günlər Avropada, xüsusilə də Almaniyada olan bəzi azərbaycanlı mühacirlərin geri qaytarılacağı ilə bağlı informasiyalar yayılmaqdadır.
Maraqlıdır, vaxtiylə Azərbaycanı tərk edən və indi polis gücünə geri qaytarılan bu şəxslərin respublikamıza qayıdışı, ölkədəki narazıların sayının artmasına, hansısa gərginliyə səbəb ola bilərmi?
Teref.az xəbər verir ki, Moderator.az-a açıqlama verən ADP sədri Sərar Cəlaloğlu belə bir ehtimalı istisna hesab etdiyini qeyd etdi:
“Əvvəla, bura kütləvi şəkildə geri qaytarılmadan söhbət getmir. Azərbaycandan Avropa ölkəlinə yarım milyon nəfərə qədər adam mühacirət edib. Bunun da ancaq 200-300-nün geri qaytarılmasından söhbət gedir. Yəni söhbət orada müəyyən cinayət əməlinə qurşanmış şəxslərdən gedir. Onların Azərbayana qaytarılması ölkəmizdə mənfi və ya müsbət hər hansı bir prosesə səbəb olmayacaq. Bu, nəticəsiz bir şeydir və hər hansı ciddi nəticə ilə yekunlaşmayacaq”.