“Baxıram ki, insanlar bir-birinə ayaqları ilə salam verirlər“ - Aqil Abbas

15-03-2020, 15:49           
“Baxıram ki, insanlar bir-birinə ayaqları ilə salam verirlər“ - Aqil Abbas
“Guya mən virusa önəm vermirəm, hamı ilə öpüşüb görüşürəm”.

Teref.az xəbər verir ki, bu sözləri lent.az-a millət vəkili Aqil Abbas mediada və sosial şəbəkədə onun adından yayılan məlumatla bağlı danışarkən deyib.

Deputat verdiyi açıqlamada, fikirlərini yanlış mənada manşet edən saytları qınayaraq, insanları panika və qorxu hissindən uzaq durmağa çağırıb:

“Bu yaxınlarda koronavirusla bağlı məndən bir açıqlama alıblar. Sonra da onu başqa formada təqdim ediblər. Guya mən virusa önəm vermirəm, hamı ilə öpüşüb görüşürəm. Əslində bu saytlar, sosial şəbəkələr əhali arasında panika yaradır. İnsanlar bir-birindən çəkinirlər. İstəyirəm ki, qorxu hissi panika olmasın. Baxıram ki, insanlar bir-birinə ayaqları ilə salam verirlər. Belə salam vermə də qardaş, əlini bağrına bas. Mən yazıçıyam, hamı bilir ki ironiya ilə, sarkazmla danışan adamam. Demişəm ki, niyə qorxursunuz? Mən heç nədən qorxmuram əl ilə də görüşürəm, insanları bağrıma da basıram. Bunu da çeviriblər manşetə saytlara, sosial şəbəkələrə çıxarıblar. Hər sözümü götürüb yayırlar, şərh edirlər. Məni yanlış anlamayın”.

Aqil Abbas bundan əlavə, koronavirusa qarşı ölkədə keçirilən tədbirlərdən də danışıb:

“Azərbaycan dövləti əhalinin koronavirusdan qorunması bütün lazımi tədbirləri görür. Kütləvi tədbirlər, toy şənlikləri, yas mərasimləri müvəqqəti təxirə salınıb. İrandan gələn sürücülər xüsusi nəzarətlə hərəkət edirlər. Onların heç istədikləri yerdə maşından düşmələrinə də icazə verilmir. Yəni, dünyada bu xəstəlik hökm sürür və ölkəmizə keçmək ehtimalı da var. Azərbaycanda hələ ki, ölüm hadisəsi olmayıb. Bir qadın ölüb. Onun da böyrək çatışmazlığından öldüyü, lakin koronavirusa yoluxduğu da məlum olub. Ölkəyə xaricdən gələn hər bir şəxs karantinə alınır. Bununla bağlı cidi tədbirlər görülür. İnşAllah bu tədbirlər sayəsində Azərbaycan vətəndaşları üçün heç bir təhlükəli vəziyyət də yaranamayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.