Misir Mərdanov ittihamlara cavab verdi

12-02-2016, 12:39           
Misir Mərdanov ittihamlara cavab verdi
Sabiq təhsil naziri Misir Mərdanovun adı şok yeyinti qalmaqalında hallanır. Bəzi KİV-lərdə yayılan məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu “ələ verməsi” Misir Mərdanovun da hədəfə alınmasına gətirib çıxarıb.

Mətbuatda yazılanlarda Misir Mərdanovla Vidadi Zeynalovun birgə maliyyə maxinasiyalarının olması barədə iddialar yer alıb. Ötən illər ərzində prezident tərəfindən ümumtəhsil məktəblərinə ayrılan 30 milyon vəsaitin ortadan götürülməsində Misir Mərdanovla Vidadi Zeynalovun birgə “əməkdaşlıq” etdiyi bildirilir.

Modern.az saytı mətbuatda haqqında yazılanlara Misir Mərdanovun özündən münasibətini öyrənib. Sabiq nazirin cavabı belə olub:

“Haqqımda yazılanlarla tanış deyiləm. Ona görə də heç bir fikir söyləmək istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, haqqımda bütün yazılanlar kimi, növbəti yazılar da böhtandır. Vəssalam!”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru