Generaldan sensassiyalı müsahibə: "Qorbaçovun tapşırığı ilə ekstrasenslər "uçan boşqab"ları qarşıladı"
12-02-2016, 22:46
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin tam məxfi, psi-müharibələrlə məşğul olan proqramı ilə bağlı bəzi detallar məlum olur. Proqram 1972-95-ci illərdə mövcud olub. Ona qarşılıq vermək üçün isə SSRİ-də 15 dekabr 1989-cu ildə Silahlı Qüvvələrin Baş Qərargahında məxfi ekspert-analitik idarə yaradıldı. Bu idarə insanın qeyri-adi qabiliyyətindən istifadəni nəzərdə tuturdu. İdarə rəsmi sənədlərdə 10003 N-li hərbi hissə kimi göstərilirdi və general-leytenant Aleksey Savin rəhbərlik edirdi. General həm də texnika və fəlsəfə elmləri doktoru idi.Cebhe.info generalın Rusiya mətbuatına sözügedən idarə və onun fəaliyyəti ilə bağlı sensassiyalı müsahibəsini təqdim edir.
-Aleksey Yuryeviç, siz ki, sovet zabitisiniz, Marksizim-Leninizmdən imtahan vermisiniz, elmi ateizm keçmisiniz. Ancaq birdən-birə əllə toxunmaq mümkün olmayan qeyri-adi şeylərlə məşğul olmağa başlayırsınız.
- Əmr var idi. Ancaq biz də işimizə elmi tərəf verdik
- Elmi? Siz zarafat edirsiz. Rusiya Elmlər Akademiyası rəsmən bəyan etdi ki, bütün bunlar hamısı sizin şamanlığınız, parapsixologiyanızdır.
- Özüm barədə hissəyə cavab verəcəyəm. Mən Qara dəniz Yüksək Hərbi-Dəniz Məktəbini bitirmişəm. İxtisasım radiotexnika mühəndisliyidir. Hələ kursant olanda elektromaqnit dalğalarında məna axtarırdım. Bu isə həm müəllimlərdə, həm də dostlarımda təəccüb yaradırdı. Hamı başını yorurdu ki, bu qədər informasiya necə verilə bilər? Məktəbi bitirdikdən sonra 16 il Kibernetika İnstitutunda işlədim. Bu institut müdafiə sənayesinin məxfi obyektlərindən hesab olunurdu. İndi dəb olan qanadlı raketləri bizim institut hələ 60-cı illərdə düşünmüşdü. O zaman amerikalılarda bu haqda anlayış yox idi. Ancaq bu sahədə işi təəssüf ki, yüksək rütbəli hərbçilərin tapşırığı ilə dayandırdılar.Bundan sonra ABŞ-ı izləməli olduq. 1986-cı ildə Müdafiə Nazirliyi Silahlanma İdarəsinə zabit göndərildim. Orda bir çox maraqlı işlərlə tanış oldum. Onların arasında qeyri-adi, hətta fantastik olanları da vardı. Biz efir xarakteri, zaman və məkan hərəkət prinsiplərini öyrənirdik.
-Xatırlayıram ki, o zamanlar bu naməlum tədqiqat sahələri barədə danışılırdı.
Bu ideyalar əsasında bir çoxları “uçan boşqab” yaratmaq istəyirdilər. Ancaq buna nail olmurdular. Daha sonra məni xüsusi qrupa daxil etdilər. Və bu mənim sonrakı taleyimi müəyyən tdi.
-Necə?
- 80-cı illərin sonunda bir qrup ekstrasens müdafiə naziri Yazova əməkdaşlıq təklif etdi. Onlar deyirdilər ki, itən gəmiləri tapa bilərlər, insanların yerini müəyyən edərlər, diaqnoz qoyulması, müalicə işlərini apara bilərlər.
–Jurnalistlərə də belə müraciətlər olur.
-Bizim analitik qrupun rəhbəri bu işi mənə həvalə etdi. Bu müraciətləri araşdırıb, nazilik rəhbərliyinə məruzə etməli idim. Həkimlərdən, hərbi və mülki mütəxəssislərdən ibarət komissiya yaratdım. Bu ekstrasenslərin keyfiyyətlərini öyrənməyə başladıq. Akademik Yuri Qulyayev və professor Eduard Qodik daha əvvəl də bu fenomenlərin öyrənilməsi ilə məşğul olmuşdular. Bu məsələlərlə akademik Nikolay Devyatkov da məşğul olmuşdu. O, bir çox elmi, dövlət mükafatlarının laureatı idi.
-Əlbəttə. Belə insanları yalançı adlandırmağa adamın dili gəlməz.
- Mən bütün müraciətləri araşdırdım və rəhbərliyə məruzə etdim ki, müraciətlərin 80 faizi doğru deyil. Ancaq 20 faiz ekstrasenslərin müraciəti təsdiqini tapdı. Qrupda xüsusi adamlar vardı, onlar fərqli idilər. Baş Qərargah rəisi, general Mixail Moiseyev bununla maraqlanırdı, məni çağırdı, “imtahanın” nəticələri barədə sorğu-sual etdi. Və dərhal da xüsusi qabiliyyəti olan insanlarla, o cümlədən ekstrasenslərlə işləmək üçün xüsusi idarə yaradılmasını tapşırdı. Mənə 10 ştat vahidi verildi. Hətta yer də ayrıldı. Bu idarəni hüquqi cəhətdən 10003 N-li hərbi hissə kimi qydiyyata aldılar. Kropatkinskaya metrosunun yaxınlığında mənə xüsusi görüşlər üçün mənzil verildi. Burda ekstrasenslərlə görüşlər keçirilirdi. Sonra bununla bağlı yeni qurumlar yaradılmağa başladı.
-Və hər şey ekstrasenslərin məktubuna görə idi?
-Mən daha sonra öyrəndim ki, o zaman Baş Qərargaha KQB-nin sədr müavini general Nikolay Sam da müraciət edib. General da ekstrasenslərlə iş aparılması üçün xüsusi idarə yaradılmasını təklif etmişdi. Onlara Amerikanın xüsusi proqramı barədə məlumat çatmışdı. Beləliklə də bizim parapsixolojiya idarəmiz yaradıldı. İdarənin qeyri-rəsmi elmi kuratoru Natalya Bextreva idi. O, neyrofizioloq kimi tanınmışdı, akadmik idi, dünyada məşhur idi, İnsan beyni intitutunun rəhbəri olmuşdu. Tanınmış rus psixiatrı akadmik Vladimir Bextrvin nəvəsi idi. Mən özüm şəxsən onun dalınca Leninqrada getdim. O, mənə çox şeylərdən danışdı, xüsusən də Vanqanın fenomeninin öyrənilməsindən. O, mənə çox böyük təsir etdi. Məni inandırdı ki, informasiyalar bizə hardansa ötürülür. İdarənin maliyyə məsələsinə maliyyə naziri Valentin Pavlov kömək edirdi. Daha sonra o, baş nazir oldu. Bizim gizli hərbi hissənin büdcəsini dövlət büdcəsinə daxil etdi. İldə təqribən 100 milyon rubl. Pavlov özü də bizim işimizlə çox maraqlanırdı. Mən həftədə bir dəfə tədqiqatların nəticəsi barədə məlumat verirdim. O, dövlət adamı kimi təhlükədən xəbərdar idi. Bunu hiss edirdi. Bizim vasitəmizlə ölkədə yeni elmi elitanın yaradılmasını istəyirdi. Baş nazirlə görüşüm mənə verilən xüsusi mənzildə baş tuturdu və bundan ancaq Baş Qərargah rəisinin xəbəri vardı.
-Siz nə ilə məşğul olurdunuz?
-Bizin hərbi hissənin üzərinə mühüm vəzifələr qoyulmuşdu. ABŞ və digər ölkələrin “psi-müharibələri”nin öyrənilməsi, rəqibi zərərsizləşdirmək üçün öz modelimizin hazırılanması, bizim rəhbərlərin bu psi-hücumlardan qorunması. Biz bunun üçün müxtəlif psixotexnikaları öyrənməli olurduq. Bura Altay, Afrika, Sibir, Tibet mədəniyyəti də daxil idi. İcraçı işlərlə SSRİ Elmlər Akademiyasının 120-yə yaxın təşkilatının əməkdaşları məşğul olurdu. Onlar əlbəttə ki, kimin üçün işlədiklərini bilmirdilər. Hər biri öz tapşırığını yerinə yetirirdi. Hərbi hissədə məxfilik yüksək səviyyədə qorunurdu. Qısa müddət ərzində biz bir çox işləri yekunlaşdıra bildik. Amerikalılardan daha əvvəl öncəgörən opratorları hazırlamaq üçün metodları müəyyən etdik.
-ABŞ-dakı laboratoriyalarda işləyən Viktor Rubel bildirib ki, amerikalı agent 001 “Akula” adlı sualt qayığın hazırlandığını görüb. O, doğrudanmı bizim hərbi sirlərimizi öyrənib, yoxsa bu nağıldır?
- 001-lə yaxşı tanışam. Cozef Mak çox yaxşı biridir. O, Moskvaya gələndə biz onu öz metodlarımızla yoxladıq. Onun heyratəmiz qabiliyyətləri vardı. Cozef Semipalatinsk poliqonunun strukturunu müəyyən edib, onu lazımi yerlərə təqdim etmişdi. Ancaq onun da kəşfiyyatda nöqsanları vardı. Ekstrasens işi öz hislərinə uyğun qurur. Burdan da müəyyən nöqsanlar yaranır. Ümumilikdə bu agentin qabiliyyətini biz 60 faiz müəyyənləşdirmişdik. 1995-ci ildən ABŞ-da bu işi artıq Pentaqona həvalə etdilər. Onlar yeni adamlarla yeni proqram ica edirdilər. Bizə isə daha stabil informasiya almaq lazım idi. Əsas qüvvəmizi məhz buna yönəltdik. Bundan əvvəlki araşdırmalar nəticə vermirdi. Biz riskə getdik. Sonucda o, özünü doğrultdu. Biz öz opponentlərimizin yuxusunda belə görməyəcəyi xüsusi qabiliyyəti olan insanlar hazırlayırdıq.
- Bunlar hansı qabiliyyətlərdir?
- Məsələn, insana vizual baxaraq onun xarakterini müəyyən emək. Yaxud fotosuna yox, sadəcə hansısa əşyasına baxmaqla insan beynindən informasiyanı silmək. Kitabın məzmununu oxumadan bilmək. Gizli sənədləri əlinə alıb oxumadan nədən yazdıqlarından xəbər tutmaq. Biz zabitlərı rəqibin fikirlərini oxumağı, ona qarşı tədbir görməyi, gizli məskənlərin, evlərin koordinatlarını müəyyənləşdirməyi öyrədirdik.
-Fanstik bir şeydir.
-Bu, bizim amerikalılardan fərqimiz idi. Amerika öz proqramında artıq ekstrasenslərdən istifadə etmişdi. Bizim öz adamlarımızı hazırlamağımızın doğru qərar olması hadisələrin axışında təsdiqləndi. Xüsusilə də qaynar nöqtələrdə. Bizim amerikalılardan ikinci fəqrimiz o idi ki, amerikalılar dahilik məcunu axtarırdılar. Bu məcun vasitəilə insan intellektinin butun gizli qalan tərəflərini açmaq nəzərdə tutulurdu. Almanların ikinci dünya müharibəsində bu sahədə müəyyən işlərinin olduğu deyilirdi. Biz hansısa məcunlara arxalanmırdıq, biz təmizlik axtarırdıq. Narkotiksiz, dərmansız, hipnozsuz. Çoxlu təcrübələr keçirdik. Hətta akademik Sudakovun yanında da belə təcrübələr olurdu. Müəyyən müddət sonra hər şeyi insan qarşısında “açan” beyin yaratmağa nail olduq. Operatorların hazırlığına başladıq. İlk növbədə güc strukturları üçün bu operatorlar hazırlandı. Daha sonra qərar verildi ki, Qaqarin adına Hərbi Hava Akademiyasında fenomal qabiliyyətlə informasiya alan zabitlərin hazırlığı üçün xüsusi kafedra yaradılsın
-Sizin operatorlar nə ilə məşğul olurdular?
- Hər şeylə. Hətta Qorbaçovun göstərişi ilə “uçan boşqablar”ın Özbəkistan səhrasında qarşılanması ilə də.
- Siz zarafat edirsiniz? 1 aprelə hələ çox qalıb.
- Mən tamamilə ciddiyəm. Məşhur ekstrasens Mark Milkixer baş katibə yazdı ki, 1991-ci ilin konkret iyun günündə Qızılqum səhralarına “uçan boşqablar” gələcək. Onlar yerdəki sivilizasiyalarla əlaqə yaratmağa çalışacaqlar.
- O zaman inanıram. Mən Mark Avramoviçlə tanış idim.
-Qorbaçov buna çox ciddi yanaşırdı. Mixelkerin məktubunu nazir Yazova göndərdi. O isə məktunu Baş Qərargah rəisinə ötürdü. Moisiyev “Qəbul edildi” yazdı. Bundan sonra biz əməkdaşlarla bərabər Qızılquma getməli olduq. Ocaq qalayıb gecəni gözlədik. “Uşaq boşqablar” gəlmədi. Qayıdıb vəziyyəti məruzə etdik.
-Bu kuryozdur. Doğrudanmı belə olub? Oxucular konkret fakt gözləyirlər.
-Başa düşürəm ki, siz agent 001 kimi sensassiya gözləyirsiniz. Ona danışmaq asandır. Okeanın o tayında oturub sovet obyektləri haqqında danışmaq rahatdır. Bu obyektlər artıq çoxdan məxfilikdən çıxıb. Hər şey internetdə var. Daha SSRİ özü də tarixdə yoxdur. Biz isə işləyirdik. Yuqoslaviyadakı hadisələr zamanı biz serblərə amerikalıların hardan zərbə endirə biləcəklərini deyirdik. Bu, bir çoxlarının həyatını xilas etdi. Serblər bizim məlumatlarımız əsasında bir çox uğur qazandılar.
–Başqa faktlar varmı?
-1990-cı ildə Tbilisi ətrafında silah anbarına silahlı hücum planlaşdırılırdı. Biz bu cinayəti tez açdıq. Ora uçduq, şəxsi heyəti topladıq, onlar anbarı qoruyurdular. Dərhal da bizim zabit onların içində quldurların müttəfiqinin kim olduğunu göstərdi. Bir-bir saydı. Bundan sonrası texniki məsələlər idi. Məhz bu zabit xəritə ilə silahın harda gizlədiyini aşkarladı. 1990-cı ildə Almaniyadakı sovet qoşunlarında iki əsgər silahı götürüb qaçmışdı. Alman polisi və bizimkilər onları tapa bilmirdi. Fərarilər daha əvvəldən gedəcəkləri marşrutu müəyyən etmişdilər. Gizlənəcəkləri yeri də seçmişdilər. Ancaq biz onları tapdıq. 1993-cü ildə bir ay içində DİN əməkdaşları ilə birlikdə 100-dən çox cinayətin üstünü aça bildik. Xüsusi xidmət orqanlarının əməkdaşları bizim köməyimizlə 15 gizli hücrə, mənzil, silah saxlanan yer aşkarladılar. Biz onda öz gücümüzü də, zəif yerlərimizi də gördük.
- Qafqazda qaynar nöqtələrdə nə edirdiniz?
-Silahlıların planlarını açırdıq. Onların qərargahlarının yerini müəyyən edirdik, silah anbarlarını tapırdıq. Silahlılar minanı necə gəldi tökmüşdülər. Onları tapmaq asan olmadı. Bizim ən böyük sübutumuz bizim operator qızların orden və medallarıdır.
-Sizdə qadınlar da xidmət edirdi?
- Əlbəttə. Mən əvvəl onlar qaynar nöqtəyə işə götürmək istəmirdim. Ancaq özləri istəyirdilər. Xüsusi hazırlıq keçdilər, əlbəyaxa döyüşü öyrəndilər, bütün növ silahlardan sərrast atəş amağı da.
-Sizin gizli parapsixoloji idarənizin sonrakı aqibəti necə oldu?
- 2000-ci illərin başlanğıcında Müdafiə Nazirliyində vəziyyət dəyişdi. 2003-cü ildə idarənin ləğvi barədə qərar verildi. Bu qərarın səbəbindən danışmaq çətindir. Zabit-ekstrasensləri hazırlayan kafedra isə 2011-ci ildə müdafiə naziri Serdükovun əmri ilə ləğv olundu.
- Deməli orduda öncəgörənlər lazım deyilmiş. Bəs indi siz özünüz nə ilə məşğul olursunuz?
- İdarə ləğv ediləndən sonra elmi fıaliyyətə davam edirəm. Əlbəttə ki, güc strukturları ilə əlaqəmizi itirmirik.
-Siz, yəni kim?
-Mən və mənim tələbələrim.
Cebhe.info