Ermənilər Azərbaycanın 2-ci şəxsinə necə “torba tikdilər”

13-02-2016, 13:47           
Ermənilər Azərbaycanın 2-ci şəxsinə necə “torba tikdilər”
1980-ci illərin sonunda Dağlıq Qarabağda separatçı hərəkatın alovlanmasında aktiv iştirak edən ermənilər zaman-zaman həmin dövrün xatirlərini jurnalistlərlə bölüşürlər.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağda separatçı hərakatda iştirak edənlərdən biri - Komitas Danielyan 1988-ci ildə Azərbaycan SSRİ Mərkəzi Komitəsinin 2-ci katibi olmuş Vasili Konovalovla bağlı maraqlı hadisədən söz açıb.

Danielyan özünün də daxil olduğu separatçı qrup tərəfindən Konovalovun necə istefaya göndərildiyini danışıb.

Modern.az 1988-ci ildə Qarabağda separatçı hərəkatın alovlandığı dövrdə “Karmir droş” (“Qırmızı bayraq”) qəzetinin baş redaktoru olmuş Komitas Danileyanın xatirlərini ixtisarla təqdim edir.

Danileyan 1988-ci il fevralın 12-də Əsgəranda Azərbacyan partiya rəhbərliyinin yerli funksionerlərlə görüşünü belə xatırlayır:

“1987-ci ilin sonunda 7 aylıq gizli mübarizədən sonra Qarabağ hərəkatı qeyri-leqal vəziyyətdən çıxmağa başladı. 1988-ci il fevarlın 11-də Əsgəran Raykomunun 1-ci katibi Vaçaqan Qriqoryandan öyrəndik ki, növbəti gün Azərbaycamn rəhbərliyinin yüksək vəzifəli şəxsləri vilayət və rayon mərkəzlərində partiya-təsərrüfat aktivləri ilə görüş keçirmək üçün Stepanakertə (Xankəndi-red.) gəlir. İclas günün ikinci yarısında raykomun iclas zalında (səhər Xankəndində partiya-təsərrüfat aktivlərinin iclası olmuşdu) keçirilirdi. Əsgəran Raykomunun birinci katibi toplaşanlara iclasın gündəliyini (rayondakı vəziyyət haqda) və yüksək vəzifəli məmurları - Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi V.Konovalovu, Mərkəzi Komitəsinin inzibati orqanlar şöbəsinin müdiri M.Əsədovu, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini N.İmranovu və Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin 1-ci katibi Boris Kevorkovu təqdim etdi”.

Komitas Danielyan iclasdakı əsas hadisəni - Vasili Konovalovun çıxışını belə təsvir edib:

“Söz Konovalova verildi. O, təxminən yarım saat ərzində SSRİ-dəki 100-dən artıq xalqın mehriban və qarşılıqlı dostluğundan, faşizmə qarşı birgə mübarizəsindən danışdı. Sonradan o, erməni və Azərbaycan xalqlarının əsrlərin dərinliyindən gələn dostluq münasibətindən bəhs etdi. Sonda isə Konovalov hər iki xaqlın müdrikliyinə ümid etdiyini və imperialist dövlətlərin Leninin milli, siyasi, proletar həmrəyliyi və sosializm vətənpərvərliyi ilə ziddiyyət təşkil edən fəaliyyətinə birgə cavab veriləcəyinə ümidini ifadə etdi.

Konovalov çıxış edərkən yerdən tez-tez replikalar atılırdı. O isə zaldakı hay-küyə əhəmiyyət verməyərək çıxışını davam etdirirdi. Yalnız bir dəfə, çıxışının sonunda Konovalov yerdən atılan “indi başqa zamandır, indi yenidənqurma dövrüdür” repikasımna cavab verməyə çalışdı. Lakin görünür “yenidənqurma zamanın tələbidir” (перестройка – явление времени) demək yerinə (görünür əsəbləri dözməyib), o “yenidənqurma müvəqqətidir” (Перестройка – явление временное) ifadəsini işlətdi. Kim bilə bilərdi ki, səhvən deyilən sözlər tezlkilə çin olacaq.

Zalda yüksələn hay-küy ona sözlərini bitirməyə imkan vermədi. Lakin deyilənlər bizə kifayət idi və lazımlı sözlər idi”.

Komitas Danielyanın danışdıqları Qarabağ separatçılarının hələ o zaman Yerevan və Moskva ilə koordinaiyada olduğunu göstərib.

“İclas axşamı “gizli qrup”un üzvləri Slavik Mirzoyan və Marat Akopcanyan Gorus-Laçın yolu ilə Yerevana “ezam” olundular. Səhərisi gün bütün materiallar etibarlı əldə idi, çünki iclasın bütün səsyazsını köçürmüşdük. Həmin səsyazısı tezliklə Moskvaya göndərildi. Vasili Konovalov vəzifəsində çox qalmadı. Mən iddia etmirəm ki, səsyazsıı onun istefaya göndərilməsində həlledici rol oynadı, lakin bu “dil səhvi”nə görə “yenidərqurmanın ataları” onun alnından öpəsi deyildilər”.

Komitas Danileyan 1947-ci il sentyabrın 7-də Xocavəndin Norşen kəndində doğluub. O, “Kamir Droş” (“Qırmıız bayraq”), “Xaçen”, “Azat Arçax” qəzetlərində çalışıb. 2006-cı ildən isə Xankəndi Dram teatrının baş direktorudur.

Qeyd edək ki, Azərbaycanın sabiq 2-ci şəxsi, 90 yaşlı Vasili Konovalov hazırda həyatdadır və Moskvada yaşayır. O, 1983 - ci ilin iyul ayından 1988-çi ilin noyabrın 13-nə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, Azərbaycan KP MK bürosunun üzvü olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.