300 bal yığacağımı heç kəsə deməmişdim – Məktəbli qız

11-04-2025, 07:24           
300 bal yığacağımı heç kəsə deməmişdim – Məktəbli qız
“Maksimal bal yığacağımı gözləyirdim, çünki imtahandan evə gəlib meyarlarla yoxladım, bütün cavablarım düzgün idi, amma 300-ü gözlədiyimi heç kəsə deməmişdim”.

Bunu modern.az-a 11-cilərin buraxılış imtahanında maksimal nəticə əldə edən Bakıdakı 295 nömrəli tam orta məktəbin şagirdi Tovuz Seyidova deyib.

Onun sözlərinə görə, imtahana hazırlaşarkən ən vacib məqam davamlı olaraq oxumaqdır:

“Necə deyərlər, hər gün məqsədim dünənki məndən daha yaxşı olmaq, daha çox şey öyrənməkdir. 1-ci sinifdən 11-ci sinfə kimi bütün dərslərimə həmişə məsuliyyətli, ciddi yanaşmışam. Bu yolda mənə müəllimlərimin də çox köməyi dəyib. Kompüter sahələri ilə uşaqlıqdan maraqlanıram. İnşallah, bu sahədə özümü inkişaf etdirmək istəyirəm”.

“Gələcək abituryentlərə məsləhətim çox çalışmaq, özlərini daim inkişaf elətdirmək, düzgün hədəf seçməklə bağlıdır. Uğurun sirr budur. Hədəfiniz varsa, onun uğrunda çalışırsınızsa, mütləq qarşılığını alacaqsınız”- T.Seyidova əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru